Dövlətimizin ictimai-siyasi həyatında gənclərin rolu getdikcə daha da artır
“Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır, siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq.” – sözlərini 1999-cu ildə gənclərin ikinci forumunda dilə gətirən Ulu Öndər Heydər Əliyev gənclərə etimadının, diqqətinin sonsuz olduğunu göstərərək Azərbaycan gəncliyinin üzərinə böyük vəzifələr qoydu. Bu vəzifələr daha sonra “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” “Bədən tərbiyəsi və idman haqqında”, “Gənclər siyasəti haqqında” qanunlar, “Gənc ailə” proqramı, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu” və s. adlı proqramlar vasitəsilə daha da sistemliləşdirildi. Bununla da, gənclərin öz qabiliyyətlərini inkişaf etdirmələrinə, həm də cəmiyyətdə yer tutmağına maniyə olan problemlərinin həll edilməsilə daha güclü və gələcəyə inamla addımlayan gənclərin yetişdirilməsi üçün uyğun şərait yaradıldı.
Bu gün respublikamızda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik olan gənclər formalaşıb. Azərbaycan gənclərinin dövlətimizin ictimai-siyasi həyatında rolu hər gün artmaqdadır və hazırda respublikada mövcud olan gənclər təşkilatları dövlətin yaratdığı şərait sayəsində fəaliyyət göstərir. Məhz dövlət başçısının gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində öz gücünə, istedadına inam hissi artıb. Xüsusilə də, Ermənilər kimi dezinformasiya yaymaqla dünyanı öz yalanlarına inandıran bir millətlə arxa cənhədə dezinformasiyaya qarşı informasiya yayaraq ön cəbhədəki qələbəni arxa cəbhədə də qorudular. Bu gün həm ön cəbhədə, həm də arxa cəbhədə çalınan bu qələbə Azərbaycan gənclərinin hər istiqamətindəki gücünün ən baiz nümunəsi idi.
Unutmayaq, biz Azərbaycanın gələcəyiyik, biz özümüzü nə qədər inkişaf etdirsək, hədəflərimiz üçün nə qədər mübarizə aparsaq Azərbaycan Respublikasının gələcəyi bir qədər parlaq olacaq! Biz gənclərin gələcəyi Azərbaycanın gələcəyidir!
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı