Dövlətimiz ölkənin yəhudi icmasına böyük qayğı göstərir
İki ölkə arasında münasibətlər qarşılıql hörmətə əsaslanır və dostluq münasibətləri iki ölkənin birləşdirir. Xalqlarımız arasında əlaqələr tarixi köklərə malikdir. Azərbaycan yəhudi icması Azərbaycanda sülh içində yaşayır. Yəhudi icması qayğı ilə əhatə olunub, onlar Azərbaycanın ictimai ictimai siyasi həyatında fəal iştirak edir. Əvvəlki illərdə olduğu kimi, İsrail Azərbaycanla siyasət, iqtisadiyyat, elm, mədəniyyət və humanitar sahələrdə daha da yaxın əlaqələrin qurulması mövqeyindən çıxış edir. Azərbaycanla İsrail arasında bir digər əlaqə cəmiyyətlər arasında olan əlaqələrdir.
Azərbaycan İslam dünyasında İsraillə yalnız müttəfiq və strateji tərəfdaş deyil, eyni zamanda dinlərarası və millətlərarası tolerantlıq nümunəsidir.
Əhalinin əksəriyyəti şiə müsəlmanları olan Azərbaycanda zərdüştlük, xristian və yəhudi icmaları da daxil olmaqla bir sıra digər etnik və dini qruplar da yaşayır. Milli azlıqlar arasında tolerantlıq və birgə yaşayış Azərbaycanın qədim İpək Yolu dövründən tutmuş 21-ci əsrə qədər müasir dövrdə tərəqqisində mühüm rol oynamışdır.
Bir çox ölkələrdən və etnik qruplardan fərqli olaraq, azərbaycanlılar heç vaxt yəhudilərə ögey münasibət göstərməyib. Azərbaycandan kənarda yaşayan qismən az adam yəhudi icmasının Azərbaycanda oynadığı diqqətəlayiq rol barədə bilir.
Azərbaycan rəhbərliyi ölkənin yəhudi icmasına çox böyük yaxınlıq və hörmət göstərir. Azərbaycanda Prezident İlham Əliyevin himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazdakı ən böyük yəhudi təhsil mərkəzi inşa edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla mətbuata bəyanatında “Müstəqil ölkə olaraq Azərbaycanın, sadəcə, 31 yaşı var, lakin bizim qədim tariximiz var. Azərbaycandakı yəhudilər həmişə cəmiyyətimizin fəal və mötəbər hissəsi olmuşdur, bu gün də belə olmağa davam edirlər. Beləliklə, bu, ölkələrimiz arasında, belə deyək, mədəni körpülərdir. Buna görə onların bizim ikitərəfli strateji əməkdaşlığımıza töhfəsi çox vacibdir”. deyib.
İki dövlət arasındakı münasibətlər sadəcə qarşılıqlı maraq prinsipi üzərində qurulmayıb. Ümumi dəyərlər və ortaq tarix müasir dövlətlərarası münasibətləri əhatə edir. Hər iki ölkə üçün insanlararası əlaqələr və dini dözümlülük xarakterikdir.
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı