Analitika

Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır

Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur.Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Bayraqsız heç bir dövləti təsəvvür etmək olmaz. Bayrağımız bu günə gəlib-çıxana qədər nə cür yollardan keçib. Amma heç zaman qanımızda olan qəhrəmanlıq bizi məğlubiyyətə yox ta qələbəyə qədər aparıb.

1990-cu il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir. Çətin vaxtlarda müstəqilliyimiz üçün çalışan Ulu Öndər Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin dövlət bayrağı ilə əlaqədar qəbul etdiyi qərara dair fikri belə olmuşdu: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı.
Çətin yollardan keçsək də , nəticə isə göz önündədir. Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti, bu xəttin davamçısı İlham Əliyev bayrağımızı hər zaman zirvələrə qaldırdı. Ən əsası isə əsas bayrağımız 30 illik həsrətə son qoyulan Qarabağımızda oldu. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımız dalğalanır. Qaranlığa işıq olan bu simvolumuz ölkəmizin gözbəbəyidir. Hər birimizə təsir edən xəbər isə bu idi… Azərbaycan xalqının bir arzusu var idi ki , namusumuz olan Xocalıda Azərbaycan bayrağı dalğalansın və xəyallar gerçəkləşdi. Unutmayaq, Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir.

Ələkbər Saleh,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button