
Müasir informasiya cəmiyyətində Azərbaycan dilinin saflığının qorunması məsələsi media ilə bağlı qurumların və telekanalların öhdəsinə mühüm vəzifələr qoyur. Prezident İlham Əliyev haqlı olaraq narahatlığını ifadə etmişdir ki, son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilin dəyişilməsinə və zərər görməsinə səbəb olur. Halbuki zəngin söz ehtiyatına malik olan dilimizin heç bir kənar kəlməyə ehtiyacı yoxdur.
Dövlət bu cür neqativ meyillərin qarşısını almaq üçün institusional addımlar atır. 2018-ci ildə yaradılan Monitorinq Mərkəzi müəyyən müddət ərzində bu işə xidmət etmiş, 2025-ci il iyulun 31-də imzalanmış Fərmanla isə Azərbaycan dilinin normalarına əməl olunmasına nəzarət Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə həvalə edilmişdir.
Cəmiyyətimizdə və xalqımızın içində Azərbaycan dilini mütləq hakim dil etmək hər birimizin mənəvi borcudur. Jurnalistlər, alimlər və yazıçılar birgə fəaliyyət göstərərək dilimizin bədii və mənəvi qüdrətini qorumalıdırlar.
Kəmalə Abdullayeva,
YAP Nizami rayon təşkilatının fəalı



