Analitika

Dilimizi qoruyub saxlamağ onu inkişaf etdirmək hər birimizin mənəvi borcudur

Dil millətin varlığı, onun mənəvi diriliyidir. Dil xalqın tarixinin, mədəniyyətinin, adət-ənənələrinin ifadə vasitəsidir. Ümumilli lider Heydər Əliyev dil haqqında demişdir “İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu onun müqəddəs vətəndaşlıq borcudur”. Çoxəsrlik yazı ənənələri olan Azərbaycan dilində zəngin ədəbiyyat yaradılmışdır. XX əsrin 20-ci illərinin sonuna kimi Azərbaycan dilinin yazısı ərəb qrafikasına əsaslanmış, yalnız 1929-cu ildə latın qrafikalı əlifbaya keçilmişdir. Ərəb əlifbasının islah olunması sahəsində ilk təşəbbüs 19-cu əsrin 60-cı illərində M.F.Axundzadə tərəfindən irəli sürülmüş və sonradan bu ideya bir çox Azərbaycan ziyalıları tərəfindən dəstəklənmişdir. Lakin əlifba islahatı sahəsində ilk praktiki addımlar 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyi elan olunduqdan sonra atılmışdır. Heydər Əliyevin 2001-ci il 18 iyun tarixli fərmanından sonra bütün Azərbaycan ərazisində latın əlifbasına keçildi və 1 avqust Əlifba günü kimi qeyd olundu. Bu çox böyük tarixi hadisə idi.  Çünkixalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı. Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi dilin zənginliyinin həmçinin dövlətin qüdrətinin qorunmasının əyani sübutudur. Dilimizin qorunmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. SSRİ dövründə milli dillərin sıxışdırılması siyasəti yeridilirdi. Belə çətin vəziyyətdə Heydə Əliyyev öz qətiyyətli mövqeyini ortaya qoyaraq, 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsinin əlavə edilməsinə nail oldu. Heydər Əliyevin bütün təşəbbüsləri ilk növbədə müstəqil Azərbaycan  dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edib. Ulu öndərin layiqli davamçısı cənab prezident İlham Əliyevin dil məsələsinə xüsusi diqqəti dövlət dilinin inkişafına daha da şərait yaratmışdır. Prezident İlham Əliyev tərəfindən 2004-cü il yanvarın 12-də imzalanmış “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam bunun əyani sübutudur. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Bundan başqa imzalanan bir çox fərman və sərəncamlar dövlət dilinə olan qayğı və diqqətin nəticəsidir. Düşünürəm ki, dilimizi qoruyub saxlamağ onu inkişaf etdirmək hər birimizin mənəvi borcudur. Çünki bir millətin ana dili yoxdursa o millət artıq millət deyil. İllərlə işğal altında olan doğma torpaqlarımızda Milli Ordumuzun Vətən sevgisindən doğan zəfər səsləri yayıldı. İşğal edildiyi gündən öz doğma adında səslənməməsinin xiffətini çəkən kəndlərimiz, rayon və şəhərlərimiz Ali Baş Komandan İlham Əliyevin qələbə müjdəli çıxış və müraciətlərində təntənə zirvəsinə yüksəldi. Onu əlüstü göstərişləri ilə torpaqlarımız eybəcər adlardan sıyrılaraq öz əzəli adları ilə çağrıldı. Tarixə öz möhürünü vuran “Qarabağ Azərbaycandır” nidası ilə yola çıxan Ali Baş Komandan və onun müzəffər ordusu dilində ana dilimizin kəlmələri zəfər çaldı. Bu mənada “Qarabağ Azərbaycandır!” nidası həm də ana dilimizin qorunmasına, gələcək nəsillərə qalib dünya dili kimi ərməğan edilməsinə yönələn bir nida oldu. Çünki 30 ildə təkcə torpaqlarımız deyil, həm də həmin ərazilərdə yerləşən tarixi abidələrimiz, tarixi toponimlərimiz də öz ana dilimizdəki gözəl adlarından uzaq düşmüşdü. Tarixə hökm edən qalib nidalardan biri olmuş “Qarabağ Azərbaycandır!” nidası ana dilimizin mövcudluğunu da qazandığımız qələbənin zirvəsinə yüksəltdi.

Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button