Analitika

“Dəmir yumruq” birliyimizin rəmzidir

Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 4 ilə yaxındır ki, Zəfər ruhunda qeyd edirik. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına səbəb olan Azərbaycan Prezidenti İlham Əliyevin parlaq düşünülmüş və həyata keçirilən strategiyası   daxildir. Qarabağ bölgəsində antiterror əməliyyatı bu strategiyanın növbəti akkorduna çevrilib. “Dəmir yumruq” bizim Zəfər salnaməmizin rəmzi idi. Bu gün, eyni zamanda, “Dəmir yumruq” birliyimizin rəmzidir. Azərbaycan xalqını, bütün dünya azərbaycanlılarını əmin etmək istəyirəm ki, “Dəmir yumruq” hər zaman yerində olacaq”, Tarixi Zəfərimiz – İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir. Qərbdə müəyyən dairələr Cənubi Qafqazı da Ukrayna kimi qütblər arası qarşıdurmanın bataqlığına çevirməyi planlayırdı. Bir çox coğrafiyaları qütblərin savaş meydanına çevirə bilənlər Azərbaycan Lideri qarşısında aciz qalmalı oldu. Beləliklə də, Qafqazı tarixinin ən qanlı müharibəsindən, qütblərin tapdağı olmaqdan xilas etdiyinə görə bu bölgənin hər bir sakini, hər bir gürcü, hər bir erməni, hər bir azərbaycanlı və regionun hər bir etnosu cənab İlham Əliyevə minnətdar olmalıdır.  Bu tarixi hadisə 100 illik ədalətsizliyə son qoydu. Belə ki, 1923-cü ildə keçmiş SSRİ tərəfindən Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması xalqımız üçün ciddi problemlər yaratdı. Məhz 100 il sonra tarixi ədalət zəfər qazandı. Prezident İlham Əliyev Xankəndi şəhərində xalqa müraciətində dediyi kimi, bu 100 il ərzində xalqımız nə qədər əzab çəksə də, tarix bizi nə qədər sınağa çəksə də, əyilmədik, sınmadıq. Oktyabrın 15-də Ali Baş Komandan, Prezident İlham Əliyev Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə və Əsgəranda Azərbaycan bayrağını ucaltmaqla dövlətimizin və xalqımızın gücünü bütün dünyaya nümayiş etdirdi. Qalib Ordumuz 2023-cü il sentyabr ayının 19-20-də keçirdiyi lokal xarakterli antiterror tədbirini uğurla başa çatdırmaqla erməni separatizminə Qarabağda son qoydu.  Azərbaycan xalqı olaraq biz bu tarixi anları yaşamaqdan sonsuz qürur hissi keçiririk. Əminik ki, Prezident İlham Əliyevin liderliyi ilə doğma Qarabağımız tezliklə bərpa olunacaq, dünyanın ən gözəl guşələrindən birinə çevriləcək. Azərbaycan xalqı isə bu torpaqlarda əbədi yaşayacaq, bayrağımız daim zirvələrdə dalğalanacaqdır.

Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button