Analitika

Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində keçirilən görüşlərdən sonra iqtisadi imkanlarımız daha da artacaq

19 Yanvar 2023-cü ildə Davos Dünya İqtisadi Forumu çərçivəsində “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclas keçirildi. Tədbirdə 50-dən çox dövlət və hökumət başçısı, 19 mərkəzi bank rəhbəri, 30 ticarət naziri və 35 xarici işlər naziri, həmçinin Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Valyuta Fondu və Dünya Ticarət Təşkilatının rəhbərləri iştirak etmişdir. Ötən əsrin 70-ci illərindən Davos qışda dünya liderlərini, iri şirkətlərin top menecerlərini, siyasi və ictimai xadimləri qəbul edir. Azərbaycan Asiya və Avropa ölkələrini Xəzər və Qafqaz vasitəsilə birləşdirən Orta Nəqliyyat Dəhlizi layihəsinin təşviqi və yük daşımalarının artırılması üçün Dəhlizin rəhbər komitəsini təsis etməyi təklif edib.”Bütün iştirakçı ölkələrin – Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, avropalı tərəfdaşların daxil olduğu rəhbər komitə, bir növ idarə heyəti, o cümlədən bütün nəqliyyat infrastrukturu yaradılmalıdır”, deyə prezident İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında çıxışında bildirib.Azərbaycan Asiya və Avropa ölkələrini Xəzər və Qafqaz vasitəsilə birləşdirən Orta Nəqliyyat Dəhlizi layihəsinin təşviqi və yük daşımalarının artırılması üçün Dəhlizin rəhbər komitəsini təsis etməyi təklif edib.“Bütün iştirakçı ölkələrin – Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, avropalı tərəfdaşların daxil olduğu rəhbər komitə, bir növ idarə heyəti, o cümlədən bütün nəqliyyat infrastrukturu yaradılmalıdır”, deyə prezident İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında çıxışında bildirib. Bu dəhliz daha qısa və iqlim baxımından daha əlverişlidir. Dəhlizin keçdiyi ölkələr arasında möhkəm əməkdaşlıq əlaqələri, dostluq var. Əməkdaşlığın səviyyəsi yüksək olduqda özəl sektor üçün işləmək daha asan olur. Dayanıqlı inkişaf nöqteyi-nəzərindən bizim dəmir yollarına ehtiyacımız var.Ukraynadakı müharibədən sonra ölkələrin Orta Dəhliz layihəsinə marağı daha da artıb. Prezident İlham Əliyevin sözlərinə dəstək olaraq bildirmək istəyirəm ki, bizim Azərbaycan, Qazaxıstan və Türkiyə ilə münasibətlərimiz mükəmməl səviyyədədir. Bu dəhlizin zəruri elementi dəmir yollarıdır. İnfrastrukturu çox qısa vaxt ərzində tez və effektiv qurmaq olar. Əlbəttə, hökumətin dəstəyi və özəl sektorun iştirakı ilə bu reallaşdırılacaq. Nəticə etibarı ilə son Davos Forumunu da Azərbaycan üçün uğurlu saymaq olar. Dünya ictimaiyyəti növbəti dəfə Azərbaycanın dünyanın və Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynadığına şahid oldu. Ümumilikdə isə o deməkdir ki, Azərbaycanın artan nüfuzu, regionda söz sahibi olması və qüdrətlənməsi dünyanın aparıcı siyasi və iqtisadi dairələri tərəfindən birmənalı təsdiq edilir.

Rza Eyvazlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button