Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısı

İqtisadi Əməkdaşlıq Təşkilatı 1985- ci ildə Mərkəzi Asiya və Yaxın Şərq ölkələri tərəfindən yaradılmış regional dövlətlərarası iqtisadi təşkilatdır, 1977-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən təsis edilmiş Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının varisidir. 1992-ci ilin əvvəlinə qədər İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq əsasən ikitərəfli xarakter daşıyırdı.1992-ci ildən təşkilatın fəaliyyəti 7 yeni dövlətin- Qazaxıstan, Azərbaycan, Əfqanıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan könüllü qoşulması ilə əhəmiyyətli dərəcədə fəallaşıb.
İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri arasındakı münasibətlərdə iqtisadi komponentlər üstünlük təşkil edir və siyasi istiqamət daha az ifadə olunub. Noyabrın 9-da Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşıladı. Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir. Şavkat Miromonoviç Mirziyoyev yenidən Özbəkistan Prezidenti seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana edib.
Ötən ay ECO Nazirlər Şurasının iclası Şuşada keçirilib. Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. Azərbaycan ECO-nun Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmi olaraq təsdiqlənib. Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, biz bərpa olunan enerji sektorunun inkişsfına xüsusi diqqət yetiririk. Azərbaycanın bərpa olunan enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir. Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Azərbaycan ECO-nun üzv dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı daha da genişləndirməkdə qərarlıdır və təşkilatın növbəti Zirvə görüşünə ev sahibliyi etməyə hazırdır.
Nəsirova Ofelya,
KBTRL-nin tarix müəlliməsi