AnalitikaGündəmSiyasət

Dağ-mədən və metallurgiyada sistemli inkişaf modeli: yeni sənaye mərhələsinin əsas istiqamətləri

Bu baxımdan 22 sentyabr 2026-cı ildə Prezident İlhamƏliyevin sədrliyi ilə dağ-mədən və metallurgiyasənayesinin inkişafına dair 2027–2030-cu illər üçün DövlətProqramına həsr olunmuş müşavirənin keçirilməsi xüsusiəhəmiyyət daşıyır. Dövlət Proqramı 23 sentyabrdaPrezidentin Sərəncamı ilə təsdiqlənib. Sənəddə qarşıdakıillər üçün sektorun inkişafının konkret istiqamətləri vəhədəfləri müəyyənləşdirilib.

Yeni Dövlət Proqramının əsas mahiyyətini yalnız filizhasilatının artırılması ilə məhdudlaşdırmaq düzgünolmazdı. Burada daha geniş sənaye yanaşması – geolojikəşfiyyatdan hasilata, ilkin emaldan metallurgiyaya, hazırməhsul istehsalından ixraca qədər vahid dəyər zəncirininformalaşdırılması qarşıya məqsəd kimi qoyulur. Prezidentİlham Əliyevin müşavirədə diqqət çəkdiyi əsasməsələlərdən biri Azərbaycanın mineral resurslarındandaha yüksək dəyər yaratmaq imkanlarınınmövcudluğudur. Proqramın hədəflərinə əsasən, 2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ÜDM-ə töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illikixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyardmanata çatdırılması nəzərdə tutulur. 2027–2030-cu illərdəsektor üzrə ümumilikdə 5,3 milyard manat investisiyanınsəfərbər edilməsi planlaşdırılır.

Bu rəqəmlər sənayenin qarşısında yalnız kəmiyyətartımı deyil, struktur transformasiyası və daha yüksəkəlavə dəyərin yaradılması vəzifəsinin dayandığını göstərir. Müasir iqtisadiyyatda ölkənin sahib olduğu təbii resurslarınhəcmi qədər həmin resursların hansı texnologiya ilə emaledilməsi, hansı məhsula çevrilməsi və qlobal bazara hansıformada çıxarılması da mühüm əhəmiyyət daşıyır. Bunagörə də Azərbaycanın qarşıdakı mərhələdə mineralsərvətlərin xammal formasında deyil, mümkün qədər dahayüksək emal səviyyəsində iqtisadi dövriyyəyə cəlbedilməsinə yönəlməsi sənaye siyasətinin mühümistiqamətlərindən biri kimi çıxış edir.

Sektorun uzunmüddətli inkişafı üçün əsas şərtlərdənbiri mineral-xammal bazasının genişləndirilməsidir. Bubaxımdan yeni geoloji kəşfiyyat işlərinin aparılması vəmövcud yataqların ehtiyatlarının dəqiqləşdirilməsi mühümistiqamət təşkil edir. Dövlət Proqramında Qarabağ vəŞərqi Zəngəzurda geoloji kəşfiyyatın genişləndirilməsi dənəzərdə tutulur. Bununla yanaşı, “Filizçay” polimetalyatağında mis, sink və qurğuşun ehtiyatlarının iqtisadidövriyyəyə cəlb edilməsi imkanlarının qiymətləndirilməsi, “Dəmirli” yatağında əlavə mis ehtiyatlarının istifadəsipotensialının araşdırılması, “Zəylik” alunit yataqlarınınalüminium dəyər zəncirinin xammal bazasınınformalaşdırılması imkanlarının müəyyənləşdirilməsi kimiistiqamətlər də proqramın sonrakı mərhələləri üçünmühüm potensial yaradır.

Bu yanaşma göstərir ki, söhbət yalnız hazırda fəaliyyətgöstərən istehsal sahələrinin genişləndirilməsindən getmir. Məqsəd gələcək sənaye inkişafının xammal bazasını daəvvəlcədən formalaşdırmaqdır.

İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialınınaraşdırılması və onların ölkənin ümumi iqtisadi sisteminəreinteqrasiyası qarşıdakı dövrün mühüm vəzifələrindəndir. Qarabağ və Şərqi Zəngəzurda aparılan geoloji kəşfiyyatvə mineral ehtiyatların öyrənilməsi bu baxımdan həmsənaye, həm də regional inkişaf perspektivləri yaradır. Burada əsas məsələ təbii ehtiyatların iqtisadi dövriyyəyəcəlb edilməsini həmin ərazilərin kompleks inkişafı iləuzlaşdırmaqdır. Yeni müəssisələrin yaradılması, nəqliyyatvə enerji infrastrukturunun inkişafı, peşə hazırlığı vəməşğulluğun artırılması regionların iqtisadi həyatınıncanlanmasına təsir göstərə bilər. Belə yanaşma dağ-mədən və metallurgiya siyasətini təkcə sənaye məsələsiolmaqdan çıxararaq regional inkişaf siyasətinin də mühümelementinə çevirir. Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı dövlət siyasətinin uzunmüddətliistiqamətlərindən biridir. Yeni sənaye layihələrininbölgələrdə həyata keçirilməsi bu siyasətin iqtisadiəsaslarını daha da genişləndirə bilər. Dağ-mədən vəmetallurgiya sənayesi üzrə yeni müəssisələrin yaradılmasıbirbaşa iş yerləri ilə yanaşı, logistika, xidmət, texnikixidmət, tikinti, nəqliyyat, mühəndislik və digər əlaqəlisahələrdə də məşğulluq imkanlarının artmasına səbəb olabilər. Dövlət Proqramının təqdimatında qarşıdakı dörd ilərzində 5 mindən çox daimi iş yerinin yaradılmasınınnəzərdə tutulduğu bildirilib. Bu göstərici xüsusilə regionlarbaxımından əhəmiyyətlidir. Çünki sənaye müəssisələrininbölgələrdə yaradılması iqtisadi fəallığın yalnız paytaxtdacəmləşməsinin qarşısının alınmasına, yerli əməkehtiyatlarından istifadəyə və regionlarda yeni iqtisadiimkanların formalaşmasına xidmət edə bilər.

Dağ-mədən və metallurgiya sənayesinin inkişafındayalnız yataqların mövcudluğu kifayət etmir. Xammalınmüəssisələrə daşınması, emal olunmuş məhsulların daxilivə xarici bazarlara çıxarılması üçün müasir nəqliyyat vəlogistika infrastrukturu da tələb olunur. Azərbaycanınəlverişli coğrafi mövqeyi, Şərq-Qərb və Şimal-Cənubnəqliyyat istiqamətləri, liman və dəmir yolu infrastrukturusənaye məhsullarının müxtəlif bazarlara çıxarılması üçünəlavə imkanlar yaradır.

Bu baxımdan dağ-mədən və metallurgiya sənayesinininkişafı nəqliyyat-logistika imkanlarının genişləndirilməsiilə paralel həyata keçirildikdə daha geniş iqtisadi effektyarada bilər. Xüsusilə ixracyönümlü metallurgiyaməhsullarının beynəlxalq bazarlara çıxarılması üçünlogistika xərclərinin və vaxtının optimallaşdırılması rəqabətqabiliyyətinə birbaşa təsir edən amillərdəndir.

23 sentyabr 2026-cı ildə təsdiqlənən Dövlət Proqramıdağ-mədən və metallurgiya sənayesinin 2027–2030-cu illər üzrə inkişaf istiqamətlərini sistemləşdirir. Sənəddəyalnız 2030-cu ilədək olan hədəflər deyil, daha sonrakıdövr üçün də müəyyən perspektivlər nəzərdə tutulur. Məsələn, “Filizçay”, “Dəmirli” və “Zəylik” yataqları ilə bağlıgələcək imkanların qiymətləndirilməsi, Qarabağ və ŞərqiZəngəzurda geoloji kəşfiyyatın genişləndirilməsi, yenialüminium istehsalı imkanlarının araşdırılması kimiistiqamətlər sektorun perspektivinin yalnız dörd illikproqram çərçivəsində deyil, daha uzunmüddətli sənayebaxışına əsaslandığını göstərir.

Bu isə Azərbaycanın təbii sərvətlərdən istifadəyəmünasibətində yeni mərhələnin formalaşmasına işarə edir: xammalın hasilatı ilə kifayətlənməmək, onu emal etmək, əlavə dəyər yaratmaq, sənaye zəncirini ölkə daxilindəgenişləndirmək və ixrac imkanlarını artırmaq.

Bayram Xudayarov ,
YAP fəalı Elm və Təhsil Nazirliyi Fizika İnstitutununəməkdaşı,“Heydər Əliyev məktəbinin davamçıları” Facebookqrupunun təsisçisi və rəhbəri

Oxşar Xəbərlər

Back to top button