AnalitikaGündəmSiyasət

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı Azərbaycanın sənaye potensialını daha da gücləndirəcək

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi ölkənin mövcudresurslarından daha səmərəli istifadə olunması dövlətsiyasətinin əsas istiqamətlərindən biri kimimüəyyənləşdirilib. Bu baxımdan dağ-mədən metallurgiya sənayesinin inkişafı xüsusi əhəmiyyətdaşıyır. Prezident İlham Əliyevin sədrliyi ilə 22 sentyabr 2026-cı ildəAzərbaycan Respublikasında2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) metallurgiya sənayesinin inkişafına dair DövlətProqramı”na həsr olunmuş müşavirənin keçirilməsi busahənin qarşıdakı illər üçün iqtisadi inkişafgündəliyində xüsusi yer tutduğunu göstərir.

Prezident İlham Əliyev müşavirədə dağ-mədən metallurgiya sənayesini ölkə iqtisadiyyatı üçünperspektivli sahələrdən biri kimi qiymətləndirib. Dövlət başçısının çıxışında proqramın 2027-2030-cu illərdə, yəni dörd il ərzində həyata keçirilməsininnəzərdə tutulduğu bildirilib. Bu müddət ərzində həyatakeçiriləcək layihələrin yalnız sənaye göstəricilərinədeyil, regionların sosial-iqtisadi inkişafına da təsirgöstərməsi gözlənilir.

Yeni Dövlət Proqramının mühüm xüsusiyyətlərindənbiri xammalın yalnız hasil olunması iləkifayətlənməmək, onun ölkə daxilində daha çox emaledilməsinə daha yüksək əlavə dəyər yaradılmasınaüstünlük verilməsidir. Rəsmi təqdimatda dəmir filizi, alüminium, mis qızıl əsas istiqamətlər kimimüəyyənləşdirilib. Bununla yanaşı, yeni yataqlarıniqtisadi dövriyyəyə cəlb edilməsi mineral xammalbazasının genişləndirilməsi nəzərdə tutulur.

Proqram çərçivəsində 2027-2030-cu illərdəümumilikdə 5,3 milyard manat investisiyanınyatırılması planlaşdırılır. Bu vəsaitin 1,1 milyardmanatının dövlət büdcəsi, 2,2 milyard manatının dövlətmüəssisələrinin vəsaiti, 2 milyard manatının isə özəlsektorun vəsaiti hesabına formalaşması nəzərdə tutulur. Beləliklə, investisiyaların əhəmiyyətli hissəsinin qeyri-büdcə mənbələrindən cəlb edilməsi planlaşdırılır.

Proqram üzrə müəyyənləşdirilən hədəflər sənayeniniqtisadiyyatda rolunun artırılmasına yönəlib. Rəsmitəqdimata əsasən, 2030-cu ilədək dağ-mədən metallurgiya sektorunun ümumi daxili məhsulatöhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması nəzərdə tutulur. Bugöstəricilər sektorun iqtisadi fəaliyyətiningenişləndirilməsi ixrac imkanlarının artırılmasıməqsədini ortaya qoyur.

Yeni layihələrin həyata keçirilməsi ölkənin sənayepotensialının genişləndirilməsi ilə yanaşı, müxtəlifsahələr arasında iqtisadi əlaqələrin güclənməsinə şərait yarada bilər. Dağ-mədən sənayesində istehsalınartması yükdaşımalar, logistika, avadanlıq təminatı, texniki xidmət, podratçılıq digər əlaqəli xidmətlərətələbatın yüksəlməsinə səbəb ola bilər. Bu isə sənayeətrafında daha geniş iqtisadi fəaliyyət zəncirininformalaşmasına imkan yaradır. Rəsmi təqdimatda daproqramın yeni dəyər zəncirlərinin yaradılmasına, yerlişirkətlər üçün imkanların genişlənməsinə ixtisaslıkadrlara tələbatın artmasına təsir göstərəcəyi qeydolunur.

Dövlət Proqramının regional inkişaf baxımından daəhəmiyyəti var. Azərbaycanın mineral resurslarınınəhəmiyyətli hissəsinin regionlarda yerləşməsi yenisənaye layihələrinin həmin ərazilərdə həyatakeçirilməsini gündəmə gətirir. Bu proses istehsalın, məşğulluğun iqtisadi fəallığın artmasına şəraityarada bilər. Prezident İlham Əliyevin müşavirədəqeyd etdiyi kimi, proqram regionların sosial-iqtisadiinkişafı ilə bağlı gündəliyin bir hissəsidir.

Dağ-mədən metallurgiya sənayesinin inkişafı üçünəsas məsələlərdən biri mineral resurs bazasınıngenişləndirilməsidir. Dövlət ProqramındaFilizçay”, “Daşkəsən”, “OrtakəndSöyüdlüyataqlarınınistismara hazırlanması nəzərdə tutulur. “Filizçayyatağında mis, sink qurğuşunun emalı, “Söyüdlü”dəqızılın emalı, “Daşkəsənlayihəsi çərçivəsində isə ildə2 milyon ton isti briketləşdirilmiş dəmir istehsalıgücünün yaradılması planlaşdırılır.

Proqramın perspektivləri yalnız 2030-cu illəməhdudlaşmır. “Filizçayyatağının ehtiyatlarınıniqtisadi dövriyyəyə cəlb edilməsi imkanlarınınqiymətləndirilməsi, “Dəmirliyatağında əlavə misehtiyatlarının istifadəsi, “Zəylikalunit yataqlarınınalüminium dəyər zəncirinin xammal bazasında rolununmüəyyənləşdirilməsi kimi istiqamətlər sonrakı inkişafüçün imkanlar yaradır. Qarabağda ŞərqiZəngəzurda geoloji kəşfiyyat işləriningenişləndirilməsi nəzərdə tutulan tədbirlərsırasındadır.

Bu istiqamət ölkənin qeyri-neft sənayesinin inkişafıbaxımından da diqqətəlayiqdir. Mineral resurslarınhasilatından başlayaraq emal hazır məhsula qədəruzanan dəyər zəncirinin ölkə daxilindəgenişləndirilməsi ixrac strukturununşaxələndirilməsinə imkan verə bilər. Eyni zamanda, yerli istehsal imkanlarının artması sənaye müəssisələriarasında əməkdaşlığın genişlənməsinə yenitexnoloji bacarıqların formalaşmasına şərait yaradabilər.

Dövlət Proqramının hazırlanması ilə bağlı Prezidentİlham Əliyevin 1 aprel 2026-cı il tarixliSərəncamından sonra sənədin layihəsi hazırlanıb 23 sentyabr 2026-cı ildə Prezidentin Sərəncamı iləproqram rəsmən təsdiqlənib. Sərəncama əsasən, Nazirlər Kabineti proqram üzrə tədbirlərinəlaqələndirilməsini icrasına nəzarəti həyatakeçirməli, proqramın icra vəziyyəti barədə ildə bir dəfəPrezidentə məlumat verməlidir.

Beləliklə, 2027-2030-cu illər üçün nəzərdə tutulanDövlət Proqramı Azərbaycanın dağ-mədən metallurgiya sahəsində sistemli inkişaf mərhələsininəsas sənədlərindən biri kimi çıxış edir. Proqramındiqqət mərkəzində mineral resurslardan səmərəliistifadə, emal imkanlarının genişləndirilməsi, əlavədəyərin artırılması, yeni investisiyaların cəlb olunması ixrac potensialının yüksəldilməsi dayanır. Qarşıdakıdövrdə bu istiqamətlər üzrə nəzərdə tutulan layihələrinicrası Azərbaycanın sənaye xəritəsində yeni istehsalimkanlarının formalaşmasına qeyri-neftiqtisadiyyatının daha da şaxələndirilməsinə xidmət edəbilər. 

Şəbnəm Saracova,
YAP Xətai rayon təşkilatının fəalı 

 

Oxşar Xəbərlər

Back to top button