Analitika

COP29-a ev sahibliyi etməyimiz Azərbaycanın növbəti beynəlxalq uğurudur

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Qlobal Forumu əhəmiyyətinə və əhatəsinə görə Davos İqtisadi Forumu və Münhen Təhlikəsizlik Konfransı kimi dünyada nüfuzlu bir tədbirdir. Amma həm də bu forumlardan fərqlənir. O baxımdan ki, Davos yalnız iqtisadi, Münhen Forumu isə təhlükəsizlik məsələlərini əhatə edir. Bunlardan fərqli olaraq, Qlobal Bakı Forumu universal xarakter daşıyır və beynəlxalq gündəmdə olan siyasi, iqtisadi, humanitar və digər məsələləri əhatə edir. Yəni Qlobal Bakı Forumu adınadan da göründüyü kimi, bütün qlobal məsələlərin müzakirə edildiyi beynəlxalq tədbir kimi dünyanın diqqət mərkəzində olur.

Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu xüsusilə diqqət çəkdi. Forumun açılış mərasimində Prezident İlham Əliyev növbəti dəfə Azərbaycan həqiqətlərini, erməni vəhşiliyini dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Dövlət başçımız Fransanın ikili standartları barədə də öz fikirlərini bildirdi. Paris hökumətinin Cənubi Qafqazda mənfi addımları barədə Azərbaycanın mövqeyini vurğuladı. Fransada Azərbaycan xalqının tanınmış şairi Xurşidbanu Natavanın heykəlinin vandalizmə məruz qalması barədə ciddi tənqidi fikirlərini dilə gətirdi.

COP29-a ev sahibliyi etməyimiz Azərbaycanın növbəti beynəlxalq uğurudur. Bununla Azərbaycan dövlət başçımızın timsalında beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi.  Prezident İlham Əliyev bir daha bütün təzyiqləri, şayələri  dəf edərək Azərbaycanın müsbət imicinin üzərinə kölgə sala bilməyəcəklərini sübut etdi. Prezident bu təşəbbüsü ilə Azərbaycanın qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi. Ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində olacaq.

Aytac Məhərrəmli
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button