Analitika

Çin kimi qlobal güc olan bir ölkənin bizim əsas iqtisadi tərəfdaşımız olması tarixi uğurumuzdur

İsveçrənin Davos şəhəri bu günlər yenidən dünyanın diqqət mərkəzindədir. Belə ki, 2023-cü il yanvarın 16-dan 20-dək bu şəhərdə “Parçalanmış dünya şəraitində əməkdaşlıq” devizi altında keçirilən Davos İqtisadi Forumunun (DİF) 53-cü toplantısında bütün bəşəriyyəti narahat edən iqlim dəyişiklikləri, inflyasiya və aşağı inkişaf səviyyəsi kimi qlobal iqtisadi çağırışlar, yüksək borclanma və ərzaq qıtlığı probleminə qarşı mübarizə əsas müzakirə mövzularıdır. Bu Forumun hər il keçirilməsində əsas məqsəd dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, elm adamlarının, nüfuzlu siyasətçilərin, iqtisadçıların, biznesmenlərin iştirakı ilə yeni beynəlxalq iqtisadi layihələrin reallaşdırılmasını müzakirə və təşkil etməkdir. Bu il bu Forumda ümumilikdə 130 ölkəni əhatə edən 2700-dən çox dövlət, özəl və vətəndaş cəmiyyəti liderlərinin, 52 dövlət və hökumət başçıları iştirak edir.50 ildən çoxdur ki, keçirilən Davos İqtisadi Forumuna dünya liderləri, nüfuzlu şirkətlərin rəhbərləri qatılır. Builki Davos İqtisadi Forumunda müzakirələr postpandemiya dövründə yaranmış vəziyyət, problemlərdən çıxış yolları, iqtisadiyyatın şaxələndirilməsi və inkişafıdır. Bu Forum Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edir. Bu tədbir dünyanın iqtisadi mənzərəsinin formalaşdırılmasında önəmli rol oynayaraq qlobal iqtisadiyyata və siyasi proseslərə yeni istiqamətlər verir.  Bu mənada Foruma dövlətimizin başçısı İlham Əliyevin növbəti dəfə dəvət olunması Azərbaycan Prezidentinin yeni konfiqurasiya quruluşu dövründə də beynəlxalq aləmdəki yüksək nüfuzunun daha bir göstəricisidir. Davosda biri-birindən maraqlı görüşlər keçirən, məntiqli çıxışları ilə diqqəti cəlb edən Prezident İlham Əliyevin beynəlxalq aləmdə baş verən hadisələr barədə açıqlamaları böyük maraqla qarşılandı. İkili standartların hələ də mövcud olduğu, qüvvələr nisbətinin dəyişildiyi dünyamızda baş verən hadisələri təcrübəli lider kimi təhlil edən dövlət başçımız İlham Əliyevin ölkəmizin qlobal hadisələr fonunda dünya siyasətindəki rolu ilə bağlı açıqlamaları Azərbaycan həqiqətlərinin təqdimatı idi.Son illər Azərbaycanda iqtisadi sferada aparılan dərin islahatlar, biznes mühitinin yaxşılaşdırılması, şəffaflaşdırılması, münbit investisiya mühitinin yaradılması əlbəttə ki, ölkəmizə olan marağı daha da artırır. Beynəlxalq investorlar Azərbaycana daha çox sərmayə yatırmağa can atır. Şübhəsiz ki, bütün bunlar Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində mümkün olub. Dövlət başçımızın Davosda keçirdiyi görüşlər Azərbaycan iqtisadiyyatının gələcək inkişafı, şaxələndirilməsi üçün mühim rol oynayır. Ümumiyyətlə, Davos İqtisadi Forumu xarici iqtisadi əlaqələr üçün unikal platformadır. Azərbaycan uzun illərdir ki, bu platformadan məharətlə istifadə edərək çox böyük iqtisadi dividentlər əldə edir, öz imkanlarını dünyaya tanıdır. Son təmaslar xarici ticari əlaqələrimizi genişləndirəcək, ölkəmizə yeni investisiyalar gətirəcək. Heç vaxt olmayıb ki, Prezident İlham Əliyev söz verdiyinin arxasında dayanmasın. Verilən bütün sözlər yerinə yetirilib.Çin ölkəmizlə etibarlı münasibətlərə malikdir. Çin və Azərbaycan yaxşı dostlardır. Hər iki ölkənin dövlət başçıları arasında görüşlər təşkil olunur. Xüsusi olaraq qeyd etməliyik ki, Çinin dövlət başçısı Si Cinpin ötən ilin payızında “Bir kəmər, bir yol” Sammiti çərçivəsində Pekində Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırmışdır. Azərbaycanla Çin arasında əməkdaşlıq üçün çox möhkəm siyasi platforma qurulub. 30 il ərzində davam edən siyasi münasibətlər artıq ölkələrin yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Çinlə Azərbaycanın beynəlxalq təsisatlar çərçivəsində əməkdaşlığımız var. Hər iki dövlət bir birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik .Bir sözlə bu gün ən mötəbər beynəlxalq tədbirlərdəki münasibətllərdən bir daha aydın olur ki, iri şirkətlər və dövlətlər prezident cənab İlham Əliyevin siyasətinə inanırlar, etibar eidrlər, ona görə də ölkəmizlə iqtisadi və ticari əlaqələrin inkişafında maraqlıdırlar. Bu gün beynəlxalq münasibətlər sistemində mövqeyini daha da möhkəmləndirən, mühüm regional strateji layihələrin təşəbbüskarı və icraçısı olan, inkişaf, tərəqqi yolunda inamla addımlayan Azərbaycan çağdaş dövrdə bütün bəşəriyyəti narahat edən problemlərin və çağırışların mühüm müzakirə platforması olan Davos İqtisadi Forumu ilə əməkdaşlığını bundan sonra da uğurla davam etdirəcəkdir.

Aynur Həsənova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button