
Azərbaycan Çin üçün, Çin də Azərbaycan üçün çox önəmli tərəfdaşlardır və ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasından 32 il keçir. Bu illər ərzində əlaqələrimiz qarşılıqlı etimad əsasında inkişaf edib, sağlam və sabit inkişaf dinamikasını qoruyub saxlamaqla, son illər həm də geniş vüsət almağa başlayıb. Bu gün Azərbaycan Çinlə demək olar ki, bütün istiqamətlərdə sıx əlaqələrə malikdir.
Azərbaycanla Çin arasında siyasi və iqtisadi əlaqələrin bu cür ardıcıl inkişafının əsasında formalaşan əməkdaşlıq münasibətləri iki ölkənin əsas və uzunmüddətli maraqlarına cavab verməklə yanaşı, həm də sülh, sabitlik, sosial-iqtisadi tərəqqiyə xidmət edir. Azərbaycanın dünyanın ikinci böyük iqtisadiyyatına, qlobal münasibətlərdə böyük çəkiyə və nüfuza malik bu dövlətlə münasibətləri artan dinamika ilə inkişaf etməkdədir.
Azərbaycan-Çin əməkdaşlığının genişlənməsi, dərinləşməsi və intensivləşməsində iki ölkə rəhbərlərinin səfərlərin əhəmiyyətini qeyd edən Ə.Məsimli bildirib ki, münasibətlərin dərinləşməsində iki ölkənin parlamenti, hökumət, biznes qurumları və vətəndaşları arasında əlaqələrin genişləndirilməsi mühüm rol oynayır. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpinin siyasi iradəsi ölkələrimiz arasında qarşılıqlı əlaqələrin inkişafının intensivləşməsi üçün əlverişli zəmin yaradır. Azərbaycan və Çin dövlət başçılarının arasında olan qarşılıqlı etimad və dostluq münasibətləri iki ölkə arasındakı münasibətlərin dinamikasına xüsusi impuls verir və ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır.
Çin dünyanın ən güclü iqtisadiyyata malik ölkələrindən biridir. Ölkənin iqtisadi göstəriciləri son üç onillikdə xeyli müsbət olub. Çinin iqtisadi göstəriciləri əsasən səmərəsiz bank sistemi tərəfindən maliyyələşdirilən investisiya artımına əsaslanır. Bu model 2008-ci ildə başlayan qlobal maliyyə böhranından sonra güclənib. Artan investisiyalar 2009-10-cu illərdə ÜDM artımının təxminən üçdə ikisini təşkil edib. Çin böyük və güclü işçi qüvvəsi ilə zəngin bir iqtisadiyyata sahibdir. Bu yazıda sizə Çin iqtisadiyyatı ilə bağlı 7 əsas fakt haqqında məlumatlar təqdim edəcəyik.
Bu faktlar, Çinin iqtisadiyyatının müstəqil inkişafı, texnologiya sahəsində liderliyi və dünya üzrə ticarət, iqtisadi və siyasi əlaqələrdəki təsirini vurğulayır.
Çin Milli Statistika Bürosunun aprelin 16-da verdiyi məlumata görə, 2025-ci ilin yanvar-mart dövründə ölkənin ÜDM-i illik müqayisədə 5,4% artıb. İqtisadiyyatın həcmi 2024-cü ilin oktyabr-dekabr ayları ilə müqayisədə 1,2% artaraq 31,88 trilyon yuana (4,42 trilyon dollar) çatıb.
İki ölkə arasında getdikcə artan iqtisadi-ticari əməkdaşlığa baxmayaraq, hələ də reallaşdırılmayan böyük potensial mövcuddur. Hesab edirəm ki, iki ölkə arasında iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya ikitərəfli iqtisadi əlaqələri genişləndirmək, əməkdaşlığın perspektivli istiqamətlərini aşkara çıxarmaq və onları hüquqi müstəvidə bundan sonra möhkəmləndirmək üçün mühüm mexanizmdir. Komissiyanın qərarlarının vaxtında yerinə yetirilməsi səylərimizin uğur qazanmasının rəhni olacaq. ÇXR-ə səfərim ərəfəsində Bakıda Komissiyanın 10-cu iclasının keçirilməsi planlaşdırılır.
Vüqar Nuriyev,
Maştağa qəsəbəsi, 293 saylı tam orta məktəbin tarix müəllimi