DünyaMaraqlı

“ChatGPT”də reklam da olacaq

“OpenAI” şirkəti “ChatGPT” çat-botunda reklamların yerləşdirilməsinə başlayır.

“Aktualinfo.az” “Axios” portalına istinadən xəbər verir ki, bu funksiya ilk olaraq ABŞ-dəki istifadəçilər üçün aktivləşdiriləcək.

Belə ki, həmin ölkədə “ChatGPT”nin ödənişsiz versiyasından istifadə edənlər test rejimində reklamlarla qarşılaşacaqlar.

Məlumata görə, həmin reklamlar çat-botun cavablarına təsir etməyəcək.

Bununla belə, reklamlar söhbətin mövzusu, əvvəlki dialoqlar və istifadəçilərin reaksiyaları əsasında formalaşdırılacaq.

İddialara əsasən, şəxsi məlumatlar və yaxud yazışmalar reklam verən şəxslər üçün əlçatan olmayacaq.

Portal həmçinin qeyd edib ki, neyroşəbəkənin ödənişli “Pro” və yaxud “Plus” tariflərinə keçərək reklamdan imtina etmək mümkündür.

Oxşar Xəbərlər

Back to top button