Cənubi Qafqazın inkişaf şərti
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə oktyabrın 8-də Gürcüstana işgüzar səfər edib. Azərbaycanın və Gürcüstanın Dövlət bayraqlarının dalğalandığı Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyev rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatda ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələri gücləndiyini və möhkəmləndiyini, ənənəvi görüşlərin ölkələrimizin bir-birinə daha yaxın olması və xalqlarımızın bir-biri ilə daha da sıx dostluq münasibəti qurmasında köməklik etdiyini bildirib. Həmçinin, Cənab Prezident Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Bütün beynəlxalq təşkilatlarda xalqlarımızın bu və digər maraqlarını əks etdirən məsələlərdə hər iki dövlət bir-birini dəstəkləyib. Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və ərazi bütövlüyünün pozulması qəbuledilməzdir. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi birmənalıdır deyə bildirib.
Cənab Prezident İlham Əliyev bəyanatında demişdir ki, iki ölkə arasında olan strateji tərəfdaşlıq əlaqələrimiz demək olar ki, müttəfiqlik səviyyəsinə qalxıbdır. Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik və həm beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birmizi dəstəkləyirik. Bir çox önəmli layihələr təkcə ölkələrimiz üçün deyil,region üçün,ümumilikdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Eləcə də Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb ediyi, Azərbaycanın öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynadığını qeyd edib. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi olduğu və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır deyə Prezident İlham Əliyev çıxışında qeyd edib. İqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya 2004-cü ildən etibarən fəaliyyət göstərir. Komissiyanın mütəmadi olaraq iclasları keçirilir və son iclası ötən il dekabrın 15-də Tbilisidə baş tutub.
Ölkə başçısı çıxışında Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırdığını, eləcə də ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılmasının bölgədə sülhə və sabitliyə xidmət etdiyini qeyd edib.
Müslümova Gültəkin,
Xəzər rayonu, 122 nömrəli ümumi orta məktəbin müəllimi