Cənub Qaz Dəhlizi XXI əsrin ən böyük layihələrindən biridir
Fevralın 3-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlətimizin başçısı tədbirdəki çıxışına qonaqları salamlayaraq başlayıb və xüsusilə, Azərbaycanda səfərdə olan Rumıniya Prezidentinə tədbirdə iştirakına görə təşəkkürünü bildirərək Rumıniyanın enerji təhlükəsizliyi məsələlərinə böyük diqqət yetirdiyini və bizim gələcək ümumi addımların strateji tərəfdaş olan ölkələrimiz arasında əlaqələndirmə nəticəsində atılacağını söyləyib.
Cənub Qaz Dəhlizi Məşvərət Şurasının səkkizinci toplantısından sonra dünyada çox şeyin dəyişdiyini, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyətinin daha da artdığını və adətən enerji təhlükəsizliyinin həqiqətən milli təhlükəsizlik məsələsi olduğunu , yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunmasının birgə səylərimizlə edildiyini və indiki vəziyyətdə vacibliyini dilə gətirmiş, Cənub Qaz Dəhlizi layihəsinin icrasında müəyyən yubanmalar olsa da, lakin onu mümkün qədər tez başa çatdırmağa çox sadiq olduğumuz üçün indi artıq onun genişləndirilməsi haqqında danışıldığını nəzərə çatdırmışdır.
Ölkə başçısı söyləyib ki, Cənub Qaz Dəhlizi iki ildən bir az çox vaxt əvvəl açılıb. Bu gün artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsi nəzərdən keçirilir və TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi haqqında danışılır. Bu, alternativ enerji mənbəyinə böyük ehtiyac duyulduğunu göstərir. Bu, enerji təchizatının davamlı şaxələndirilməsinin zəruriliyini nümayiş etdirir.
Daha sonra ötən ilin iyulunda Bakıda Avropa Komissiyasının rəhbəri xanım Ursula Fon der Lyayen və prezidentimiz tərəfindən imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Memorandumu xatırladaraq əslində, gələcək planlarımız üçün aydın yol xəritəsi olduğunu və Avropaya qaz ixracımızın 2027-ci ilə qədər iki dəfə artırmağını planlaşdırdığımızı,bunun resurslarımız sayəsində mümkünlüyünü qeyd etmişdir. Həmçinin bizim qarşılıqlı siyasi iradəmiz və çox yüksək səviyyədə etimadımızın mövcud olduğunu, Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirilməsinin mühüm amillərindən birinin , təbii ki, həll olunmalı texniki və siyasi məsələlərdən başqa, yüksək səviyyədə qarşılıqlı etimada,həmrəyliyə əsaslandığını da nitqinə əlavə etmişdir.
Təbii qaz ixracı artdığına da diqqət çəkən İlham Əliyev 2021-ci ildə təxminən 19 milyard kubmetr, ötən il isə 22,6 milyard kubmetr olduğunu, bu il onun 24,5 milyard kubmetr olmasını gözlədiyimizi demiş və bunun Avropa Komissiyası ilə Anlaşma Memorandumun uğurla icra olunduğuna sübut olduğunu nəzərə çatdırmışdır. Nəinki hasilatın artdığını, o cümlədən ixracı artırdığımızı və həmçinin onun coğrafiyasını genişləndirdiyimizi də söyləyərək layihəyə qoşulmuş ölkələrin bu gün bunun faydasını gördüklərini və görəcəklərini də əminliklə bildirmişdir. Həmçinin digər bağlantılar və potensial interkonnektorlar vasitəsilə Avropada daha çox ölkələri bu layihəyə qoşa biləcəyimizi də vurğulamışdır.
Prosesdə yaxından iştirak edən şirkətlərin ,xüsusilə SOCAR və BP-nin bir-birilə strateji əlaqələr quran iki aparıcı şirkət olaraq, bu əlaqələrin ən azı 30 il də davam edəcəyini söyləyən, bu gün nümayəndələrinin iştirak etdiyi aparıcı maliyyə qurumlarının olduğunu söyləmiş, bunların Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi aparıcı maliyyə qurumlarının olduğunu qeyd etmişdir. Səmərəli əməkdaşlığımızın bərpaolunan enerji sahəsində də davam edəcəyinə olan inamını söyləmişdir.
Ölkə prezidenti bizim güclü siyasi iradəmizin və əlbəttə ki, fəaliyyətimizin uğurlu tarixçəsini xatırladaraq müxtəlif formatlarda və müxtəlif ölkələrlə birgə həyata keçirdiyimiz bütün layihələrin – istər Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, istər Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, istərsə də Cənub Qaz Dəhlizi – hamısının uğurlu olduğunu da dilə gətirmişdir. Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planlarımızın uğurlu olacağını, bunun üçün işi komanda şəklində davam etdirməli, bir-birimizi davamlı surətdə dəstəkləməli olduğumuzu və belə olarsa, gələn ilin fevralında Bakıda baş tutacaq növbəti görüşdə yeni nailiyyətlərimiz barədə danışılacağını da söyləyərək nitqini tamamlamışdır.
Muradova Nərgiz,
Xəzər rayonu, 119 nömrəli tam orta məktəbin müəllimi