Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi düzgün siyasət nəticəsində Azərbaycan Respublikası dünya səviyyəsində tanındı
2003-cü ildə xalq tərəfindən ölkə Prezidenti seçilən İlham Əliyev Ulu öndər Heydər Əliyev siyasətini davam etdirdi. Seçilən Prezident özünün aktiv fəaliyyəti, güclü liderlik qabiliyyəti, ağıllı şəkildə həyata keçirdiyi daxili və xarici siyasəti ilə az vaxtda xalqın sevimlisinə çevrildi. Onun həyata keçirdiyi düzgün siyasəti nəticəsində gənc Azərbaycan Respublikası dünya səviyyəsində tanındı. Gənc prezident ölkəmizdə sabitliliyi təmin etməklə bərabər, həmçinin ölkə iqtisadiyyatını dünya səviyyəsində inkişaf etdirdi. Fəaliyyəti dövründə və hal-hazıda da dövlətçilik prinsiplərini bərqərar edir, xalq-iqtidar birliyini önəmləşdirir. İlham Əliyev uğurlu və gələcəyi görən siyasətilə Azərbaycanı beynəlxalq təcriddən çıxardı.
Azərbaycan Respublikasını az vaxtda dünya miqyasında tanınan güclü ölkələr sırasında yerləşdirməyi bacaran prezident aktivliyi, aktuallığı və düzgün siyasətilə bir çox ölkələr üçün nümunə oldu. Sağlam cəmiyyətin yaranması və onun möhkəmlənməsi üçün daim ədaləti təmin etməyə çalışan İlham Əliyev beynəlxalq müstəvidə ölkəyə qarşı aparılan siyasi və diplomatik savaşlarda da qələbəyə nail oldu. Ali Baş Komandanımız hərbi müstəvidə çox böyük və uğurlu qələbəyə imza atdı. “Dəmir Yumruq” əməliyyatı adı altında Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyilə ölkəmizin İkinci Qarabağ müharibəsində qələbəsini təmin etdi. Tarixən Azərbaycana məxsus olan Qarabağ torpaqlarını düşmən tapdağından azad etdi. Şəhidlərimizin qanı yerdə qalmadı. Xocalıda bayrağı qaldıraraq Xocalı qurbanlarının qanını yerdə qoymadı.
Zəfərimizin son nöqtəsi isə Xankəndidə bayrağın qaldırılması oldu. Ərazilərimizi azad etmək milli ideyası ilə Prezident bütün xalqı bu amal ətrafında birləşmişdirməyi bacardı. Hər il 8 Noyabr Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Beynəlxalq hüququn qorunması müstəvisində önəmli təşəbbüs göstərən İlham Əliyev məntiqli və sübuta əsaslanan cavabları ilə xarici düşmənlərimizə layiqincə cavab verdi.
Azərbaycan dövləti multikultural dövlət olduğuna görə Qarabağın erməni əhalisi üçün vahid Azərbaycan dövləti çərçivəsində rahat və təhlükəsiz yaşamalarına imkan yaradılır. Erməni işğalı dövründə yerlə-yeksan edilən Dağlıq Qarabağ azad edildikdən sonra qisa müddət ərzində həmin ərazilərdə təmir-bərpa işləri aparıldı, insanların rifahının rahatlığı üçün “Ağıllı layihələr” sistemləri quraşdırıldı.
Murad Zeynalov
YAP-ın fəalı