Analitika

Cənab Prezident İlham Əliyevin gənclər siyasətində əvəzsiz rolu

Azərbaycanda həyata keçirilən gənclər siyasəti,gənclərin ictimai-siyasi fəaliyyəti bir çox ölkələr üçün nümunədir. Bu bir həqiqətdir ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilir, bu istiqamətdə ardıcıl tədbirlər görülür, əhəmiyyətli nəticələr əldə edilir. Məhz həyata keçirilən siyasətin nəticəsi olaraq hər il Gənclər Günü ölkəmizdə böyük coşqu və ruh yüksəkliyi ilə qeyd edilir.

Sevindirici haldır ki, Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təsis olunub. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə gənclərin forumlarının keçirilməsi, ölkədə gənclər gününün qeyd olunması, gənclərimizin problemlərinin həllinə yönələn fərman və sərəncamların verilməsi, onların dövlət quruculuğu prosesinə cəlb edilməsi, müvafiq qanunların qəbulu Azərbaycan gəncliyinin inkişafında müstəsna əhəmiyyət kəsb edib. Bu gün Azərbaycanda bütün məsələlərdə gəncliyin marağı nəzərə alınır və gəncliyin potensialından maksimum dərəcədə istifadə olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu gənclər siyasəti gəncliyin gələcəyə ümidlə baxmasına imkan verir.

Gəncliyin inkişaf istiqamətində ölkəmizdə gənclərin mənzil probleminə diqqətin artırılması, ipoteka şərtlərinin sadələşdirilməsi, gənclər üçün əmək birjalarının təşkil olunması, işsizliyin aradan qaldırılması üçün müxtəlif layihələrin reallaşdırılması, gənclərin sağlam həyat tərzi ilə bağlı sosial proqramların həyata keçirilməsi, idman hərəkatının genişləndirilməsi, yeni nəslin dünyagörüşü, mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, cəmiyyətin bütün sahələrində fəal iştirakının təmin edilməsi dövlətin bu sahədə siyasətinin başlıca prioritetlərini təşkil edir. Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın hər bir gəncə, gənc ailəyə xüsusi diqqət və qayğısı isə danılmazdır. Gündəlik həyatımızda bu qayğını hiss edir və bundan bəhrələnirik. İnanıram ki gəncliyimizin perspektivləri, uğurlarının sədası ölkəmizlə bərabər dünyadan eşidiləcək. Biz birlikdə bu uğurlara imza atacağıq.

Əyyub Əliyev
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button