Analitika

Cənab Prezident İlham Əliyev tarixin Azərbaycan xalqına ərmağanıdır

Valideynləri onu məktəbə 6 yaşı tamam olmamış göndərmişdilər. Orta məktəbi bitirəndə isə 16 yaşı tamam olmamışdı. Bu yaşda pasport verilmədiyindən İlham Əliyev Moskvaya, ali məktəbə qəbul olunmağa arayışla getmişdi. İmtahanları uğurla verərək elə ilk cəhddə nüfuzlu ali məktəblərdən sayılan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) ən gənc tələbəsi adını qazandı. İlk müstəqil həyat və ünsiyyət təcrübəsinə burada yiyələndi.

2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilib. Baş nazir vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verib. 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs verib. O, 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb.

“Mən 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusi­yamıza və müqəddəs Qurani-Kərimə əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi.bu sözlərin sahibi, İlham Əliyev hakimiyyətə gəldikdən sonra onun qarşısında həll etməli olduğu bir neçə məsələ dayanırdı. Onlardan biri də Qarabağın düşmən işğalından azad olunması və doğma torpaqlarından didərgin düşmüş əhalinin yenidən öz torpaqlarına qaytarılması idi.

İlham Əliyev müəllifi Heydər Əliyev olan neft strategiyasının hazırlanmasında, bu siyasətin dünya meydanında uğur qazanmasında və gerçəkləşdirilməsində, həmin sahədə müxtəlif layihələrin hazırlanmasında, çox çətin diplomatik tapşırıqların yerinə yetirilməsində fəal iştirak etmiş, ölkəyə investisiya axınında mühüm rol oynamışdır. Onun ölkədə iqtisadi islahatların həyata keçirilməsində, müstəqil Azərbaycanın xarici ölkələrlə iqtisadi və mədəni əlaqələrinin genişlənməsində, xüsusilə neft-qaz yataqlarınının birgə işlənməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə tarixi müqavilələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri haqqında müqavilənin bağlanması və reallaşdırılmasında, ümumiyyətlə, Azərbaycan Respublikasının dünyaya inteqrasiyasında mühüm xidmətləri vardır.

Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir.

Mais Günəşli,
YAP-ın gənc fəalı.

Oxşar Xəbərlər

Back to top button