
Demokratik cəmiyyətin əsas göstəricilərindənbiri azad, peşəkar və məsuliyyətli mətbuatınmövcudluğudur. Azad media cəmiyyətinobyektiv informasiya ilə təmin edilməsində, ictimai rəyin formalaşdırılmasında, şəffaflığıngücləndirilməsində və vətəndaşların məlumatalmaq hüququnun təmin olunmasında mühümrol oynayır. Məhz buna görə də cəmiyyətdədemokratik münasibətlərin inkişafı azadmətbuatın inkişafı ilə birbaşa bağlıdır.
Mətbuat dövlətlə cəmiyyət arasında etibarlıinformasiya körpüsü rolunu oynayır. O, ictimaiəhəmiyyət kəsb edən məsələləri işıqlandırır, insanların fikir və mövqelərini ifadə etməsinəşərait yaradır, cəmiyyətdə açıq müzakirəmühitinin formalaşmasına töhfə verir. Peşəkarjurnalistika prinsiplərinə əsaslanan mediavətəndaşların düzgün məlumatlandırılmasınıtəmin etməklə yanaşı, ictimai məsuliyyəthissinin güclənməsinə də xidmət edir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonramedia sahəsində həyata keçirilən islahatlarölkədə demokratik dəyərlərin inkişafına mühümtöhfə verib. Xüsusilə Ümummilli Lider HeydərƏliyevin rəhbərliyi ilə söz və mətbuatazadlığının təmin olunması istiqamətində ardıcıltədbirlər həyata keçirilib, 1998-ci ildəsenzuranın ləğv edilməsi isə milli mətbuatıntarixində yeni mərhələnin başlanğıcı olub. Buaddım medianın sərbəst fəaliyyət göstərməsi, plüralizmin inkişafı və informasiya mühitiningenişlənməsi üçün mühüm hüquqi zəminyaradıb.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi iləmedia sahəsində aparılan islahatlar müasirdövrün çağırışlarına uyğun şəkildə davametdirilir. Medianın İnkişafı Agentliyininfəaliyyəti, media qanunvericiliyinintəkmilləşdirilməsi, jurnalistlərin peşəkarlığınınartırılması və rəqəmsal medianın inkişafınındəstəklənməsi ölkədə sağlam media mühitininformalaşmasına xidmət edir. Bu islahatlar həmmedia subyektlərinin fəaliyyət imkanlarınıgenişləndirir, həm də cəmiyyətin keyfiyyətli vəetibarlı informasiya ilə təmin olunmasına şəraityaradır.
Müasir informasiya dövründə azad mətbuatyalnız xəbər mənbəyi deyil, həm də millimaraqların müdafiəsində, ictimai həmrəyliyinmöhkəmləndirilməsində və vətəndaşcəmiyyətinin inkişafında mühüm rol oynayır. Xüsusilə 44 günlük Vətən müharibəsi zamanıAzərbaycan mediası informasiya cəbhəsindəyüksək peşəkarlıq nümayiş etdirərək ölkəmizinhaqlı mövqeyini dünya ictimaiyyətinə çatdırdı, dezinformasiyaya qarşı mübarizədə fəal iştiraketdi. Bu, milli medianın dövlətçilik maraqlarınasadiqliyinin və cəmiyyət qarşısındaməsuliyyətinin bariz nümunəsi oldu.
Rəqəmsal texnologiyaların inkişafı medianınfəaliyyət imkanlarını genişləndirməklə yanaşı, yeni məsuliyyətlər də formalaşdırıb. Saxtaxəbərlərin və dezinformasiyanın yayıldığışəraitdə peşəkar jurnalistikanın əsas prinsipləriolan obyektivlik, dəqiqlik, qərəzsizlik vəoperativlik daha böyük əhəmiyyət kəsb edir. Azad mətbuat yalnız bu prinsiplərə sadiqqalmaqla cəmiyyətin etimadını qazana vədemokratik inkişaf prosesinə real töhfə verəbilər.
Bu gün Azərbaycan mediası müasirtexnologiyaların imkanlarından istifadə etməkləfəaliyyətini davam etdirir, cəmiyyətininformasiya tələbatını operativ şəkildə ödəyir vədövlətin inkişaf strategiyasının, həyata keçirilənislahatların, sosial-iqtisadi layihələrin vəbeynəlxalq təşəbbüslərin ictimaiyyətəçatdırılmasında fəal iştirak edir. Güclü, azad vəməsuliyyətli media demokratik cəmiyyətinvacib sütunlarından biri olaraq ölkənin davamlıinkişafına, vətəndaş cəmiyyətininmöhkəmlənməsinə və milli maraqlarınqorunmasına bundan sonra da mühüm töhfələrverməyə davam edəcəkdir.
Zümrüd Əliyeva,
YAP Xətai rayon təşkilatının fəalı



