Cəbrayılda erməni vandalizmi
Azərbaycanın Qarabağ bölgəsi və ətrafı bəşəriyyətin, sivilizasiyanın, mədəniyyətin kökü, Vətən torpağının özü, sözü, incəsənət və musiqi beşiyimiz… Lakin nankor düşmən gözünü çoxdan bu torpaqlara dikmişdi. Və 1990- cı illərin əvvəlində bir-birinin ardınca şəhər və rayonlarımız işğal edildi. İşğal edilən cənnət diyarlardan biri də Cəbrayıl oldu. Mənfur düşmən 1993-cü il avqustun 23-də Cəbrayılı işğal etdi. İşğal nəticəsində şəhərə 13 milyard dollardan çox maddi ziyan dəyib. 72 ümumtəhsil ocağı, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı erməni vandalizmin qurbanı olub. Cəbrayıl ərazisi sement,mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngin idi. Dəmir filizi hətta neft yataqlarının da olduğu məlumdur. Vandalizmin qurbanı olan neçə-neçə tarixi abidələrimiz erməni işğalçılarının tapdağı altında idi. Amma ən böyük mənəvi zərbə orada doğulub boya başa çatan insanlara oldu, məcburi köçkünlük həyatı yaşayanlara… Respublikanın 58 bölgəsinə səpələnən Cəbrayıllıların ürəyində hər zaman ümid və inam var idi.
1994-cü il Ümummilli lider Heydər Əliyevin vahid komandanlığı altında olan yenicə yaranan ordumuz Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndini işğaldan azad etdi. Cocuq Mərcanlıya qayıdış Qarabağa qayıdışın simvolu idi. Zəfər tariximizin başlangıcı olan 2016-cı il Aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyi geri qaytarıldı. Və nəhayət, Müzəffər Ordumuz 2020-ci il 4 oktyabr tarixində Cəbrayılı bizə qaytardı. Cənab Prezidentimizin müvafiq Sərəncamına əsasən 2020-ci il 26 noyabrda “ Cəbrayılın işğaldan azad olunmasına görə” medalı təltif edilərək bu torpaqda can qoyan igidlərimizi fərəhləndirdi. Öz tarixi köklərinə sadiq qalan Azərbaycan Cəbrayıldakı Xudafərin körpüsündən 3 rəngli şanlı bayrağımızı dalğalandırılması isə böyük tarixi, siyasi hadisə idi.
İşğaldan azad edilmiş ərazilərdə intensiv surətdə qurucu bərpa işləri aparılan bölgələrdən biri də Cəbrayıldır. Belə ki, artıq şəhər tam elektrikləşdirilib. Şəhərə 4-6 zolaqlı yol çəkilir, bu yolla Zəngəzur dəhlizindən istifadə olunacaq. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şəhər günü-gündən abadlaşır. Bu il may ayının 5-də Hadrut- Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməli qoyulmuşdur. Bu yol növbəti tarixi missiyamız olan Zəngızur dəhlizinə birləşir.
Məmmədova Aysel,
Xəzər rayonu, 136 №li tam orta məktəbin müəllimi