Bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır
Cənab Prezident İlham Əliyev cari ilin 10 yanvar tarixində yerli televiziya kanallarına müsahibə verib. Müasir dünyanın siyasət tarixinə siyasi müdriklik və əzəmətlə mənəvi kamilliyi şəxsiyyətində birləşdirən lider nümunəsi gətirən, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi hər iki dövr möhtəşəm quruculuq, dinamik və hərtərəfli inkişaf mərhələləri kimi tariximizin qızıl səhifələrinə çevrilib. Bu mərhələlərin hər biri Azərbaycanın müqəddəratının tənəzzüldən tərəqqiyə doğru dəyişdiyi dövr olmaqla, Ulu öndərimizin dövlətçilik fəlsəfəsinin əsasını təşkil edən sosial rifah amilinin də güclənməsi və etibarlı sosial müdafiə sisteminin formalaşması ilə müşaiyət olunub.
“Şahdəniz” yatağının istismara verilməsi ilə Azərbaycan dünyanın potensial qaz ixracatçısına çevrilməklə yanaşı, ölkə sənayesinin qazlaşdırılması üçün də imkan yarandı. 2013-cü il tarixində “Şahdəniz” Konsorsiumu ilə 9 Avropa şirkəti arasında Qaz Satışı üzrə Sazişlər imzalanıb. 2023-cü ilin birinci yarısında Şahdəniz yatağından Azərbaycan, Gürcüstan, Türkiyə bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam etmişdir. Ötən müddətdə Azərbaycan bir sıra qaz-kimya zavodları kimi sənayedə əlavə dəyər yaradan sahə əldə etdi. Əgər həmin müəssisələr idxal qazı hesabına işləsəydi, istehsal olunan məhsullar baha başa gəldiyindən rəqabət qabiliyyətli olmayacaqdı. “Şahdəniz” layihəsi XXI əsr ərzində faktiki olaraq Azərbaycanın qaz ixracının əsas resurs bazası kimi qalacaqdır. Belə ki, yataqda 1 milyard kubmetr qaz ehtiyatı mövcuddur.
Hazırda Azərbaycan Qoşulmama Hərəkatında fəal iştirak edir. Azərbaycan COVİD-ə qarşı olan vaksin millətciliyi ilə bağlı fəal mövqe nümayiş etdirdi. Qarabağ məsələsində isə biz tam haqlıyıq. Bizə qarşı baş verən haqsızlığın təməlində də Qarabağ məsələsinin həll olunmaması dururdu. Nəhayət bunlar arxada qaldı. Əsas güc mənbəyimiz isə xalqın birliyindədir. Belə olmasa idi biz qələbə qazana bilməzdik. Bu Zəfəri şərtləndirən də xalqın ruhu idi. Milli ruh olmadığı halda heç bir müasir silahla belə qələbə qazanaq olmaz.
Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi