Analitika

Bu torpaqların sahibi Azərbaycan xalqıdır

Dekabrın 21-i, 2023-cü ildə bütün Azərbaycan tarixi bir hadisəyə şahidlik etdi. Cənab Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilmiş Xankəndimizdə uzun illərdən sonra ilk dəfə yerli futbol matçımızın açılışında iştirak etdi. Onun sözləri ilə desək “Bu futbol matçının (“Qarabağ” – MOİK oyunu – Red.) Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır. Qarabağ xanı tərəfindən bu kəndin təməli qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır.”

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev üç il öncə, 2020-ci il 27 sentyabr, səhərin erkən saatlarında düşmənin növbəti hücumuna qarşı Orduya bütün cəbhə boyu əks-hücum əmri verməklə, təkcə Azərbaycan tarixində deyil, bütövlükdə bölgənin və Türk dünyasının tarixində yeni səhifə açmış oldu. Həmin gün 2016-cı ilin Aprel döyüşlərindən 4 il, 2018-ci ilin mayındakı Günnüt hərbi əməliyyatından 2 il, Tovuz döyüşlərindənsə cəmi 2 ay keçirdi. Dünya hərb tarixində hər günü düşmənin məğlubiyyəti ilə tarixə düşən bir müharibə yoxdur. Cəmi 44 gün ərzində 30 illik işğala son qoyuldu, düşmən darmadağın edilərək tam məğlubiyyət – kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı. Lakin bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən korrupsiyalaşmış siyasətçilər tərəfindən şirnikləndirilən təcavüzkar dövlət 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatının maddələrinin icrasını təmin etmək əvəzinə, gizli şəkildə silahlanmağa, revanşizmin təbliğinə üstünlük verdi. Ötən ilin sentyabrında Daşkəsən, Kəlbəcər, Laçın sərhədləri boyu təxribatlar törətdi, mina terroruna əl ataraq 300-dən çox vətəndaşımızın həyatına bais oldu. Bütün bu təxribatlara qarşı işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzura səfərləri zamanı düşmənə dəfələrlə xəbərdarlıq edən Ali Baş Komandan bunun cavabında “Dəmir yumruğ”un gücünü yenidən görməli olacaqlarını söyləyirdi və belə də oldu. Prezident İlham Əliyevin stadionda topa ilk toxunuşu həm tamaşaçılar, həm də futbolçular tərəfindən böyük rəğbətlə qarşılandı. Axı bu qürurverici tarixi hadisələri, unudulmaz günləri xalqımıza dövlətimizin başçısı bəxş edib. il əvvəl Vətən müharibəsində qazandığımız tarixi qələbə, üç ay əvvəl isə sentyabrın 19-20-də  Qarabağda aparılan  bir günlük antirerror tədbiri nəticəsində Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə rayonları da işğalçılardan azad edildi. Oktyabrın 15-də bu şəhərlərdə Azərbaycan bayrağı ucaldıldı. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradı keçirildi. Ermənistanın 30 illik işğalına son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü tam bərpa  edildi. Futbol matçının Xankəndidə keçirilməsinin əhəmiyyəti odur ki, bura qədim Azərbaycan diyarıdır. 30 il ərzində Xankəndidə separatçılar yuva salmışdılar. Xankəndi şəhəri separatizmin mərkəzinə çevrilmişdi. Bu gün isə Xankəndidə, ümumiyyətlə işğaldan azad edilmiş Qarabağın bütün ərazilərində Azərbaycan bayrağı dalğalanır. Dövlət başçışı  Azərbaycan ordusunun  dünyanın ən güclülərindən olduğunu bir daha  bəyan etdi. Qeyd etdi ki, şanlı Azərbaycan ordusu Ermənistana, onun havadarlarına  və bütün dünyaya sübut etdi ki, Qarabağ bizim tarixi, əzəli torpağımızdır.

Rza Eyvazlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button