Bu gün Şuşa öz tarixi missiyasını yenidən ləyaqətlə yaşayır

Azərbaycanın şanlı keçmişi ta qədimlərə söykənir. Hər zaman qəlbimizdə yanan bir od kimi iz buraxmış Qarabağ bu dəfə bizim üzümüzü güldürdü. 30 illik həsrət bitdi. Artıq Qarabağ işğalçılardan təmizlənmiş, azad edilmişdir.
Yaxşı günlər hələ qababqdadır, amma bu qalibiyyəti əldə edənə qədər Azərbaycan xalqı çox ağır sınaqlardan keçmişdir. Bizim çətinliklərimiz XIX əsrin əvvəllərindən başladı. Hansı ki 1805-ci ildə imzalanan Kürəkçay müqaviləsinə əsasən əsası Cavanşirlər sülaləsi tərəfindən qoyulan Qarabağ xanlığının Rusiyanın tərkibinə qatılması ilə Azərbaycana ilk zərbə vuruldu. Bir-birinin ardınca Azərbaycanın parçalanması uğrunda imzalanan müqavilələrdən sonra ermənilərin Qarabağa köçürülməsi prosesi daha da sürətləndirildi. Bununla da, 130 min mənfur erməni Qarabağda məskunlaşdı.
Bəs bundan sonra Azərbaycanın taleyi necə oldu? Daim müqavimətə, güc təsirlərinə məruz qalan Azərbaycan 30 il sonra öz gücünü nəinki Ermənistana, həmçinin bütün dünyaya göstərdi.
Dövlətimizin qətiyyətli addımları, ordumuzun bitməz-tükənməz gücü, xalqımızın və Qardaş Türkiyənin misilsiz dəstəyi sayəsində möhtəşəm qələbəmiz Azərbaycan tarixinin şanlı zəfəri kimi nəsillərimizin yaddaşında qızıl hərflərlə yazılıb əbədi qaldı və qalacaqdır.
İşğalda olan hər bir qarış torrpağımız bizim üçün hər zaman qanayan yara olmuş və hər zaman yad edilmişdir. Torpaqlarımızın azad olunması danılmazdır ki, çox qürur verici idi. O sevinci hələ də yaşyırıq və yaşadığımız nüddətdə yaşadacağıq.
Vətən müharibəsində Azərbaycan əsgərinin apardığı döyüşlərin zirvəsi Şuşa əməliyyatı idi. Mənfur düşmənin xeyli canlı qüvvəsi və zirehli texnikalarının yerdəyişməsinə baxmayaraq, Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri general-leytenant Hikmət Mirzəyevin rəhbərliyi altında 400 nəfərlik heyətlə, silahlanaraq düşmənin ağlına gəlməz şəkildə – sıldırım qayalara dırmaşaraq Şuşa şəhərinə daxil oldular.
Şuşanın azad edilməsi heç də asan olmadı. Şəhidlər, yaralılar, çətin hava şəraiti, aşılmaz qayalar və s. Doğma şəhərimiz – Şuşa 8 noyabr 2020-ci ildə düşməndən azad edildi. Üçrəngli bayrağımız 28 ildən sonra Şuşada yenidən dalğalandı. Azərbaycan səmasına, Qarabağ səmasına, Şuşa səmasına yalnız Azərbaycanın Üçrəngli bayrağı yaraşır. Bunu da Azəaycanın rəşadətli ordusu etdi. Şuşa səmasını bayrağımzla bəzədi.
Bu şanlı xəbəri müzəffər ordumuzun Ali Baş Komandanı İlham Əliyev Şəhidlər xiyabanından xalqımıza belə çatdırdı: “Əziz həmvətənlər, əziz bacılar və qardaşlar! Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Əziz Şuşa, sən azasan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Böyük qayıdışımızın simvolu isə “Xarıbülbül” musiqi festivalı oldu. Pezident İlham Əliyev 2021-ci ilin yanvarında mədəniyyət naziri Anar Kərimovla video görüş zamanı Şuşada yenidən “Xarıbülbül” musiqi festivalının keçirilməsinin əhəmiyyətini bildirdi. 2021-ci il 7 may tairxli Sərəncam ilə Şuşa Mədəniyyət Paytaxtı elan edildi. Bundan sonra “Vaqif poeziya günləri” və “Xarıbülbül” Musiqi Festivalı bərpa olundu.
Pezident İlham Əliyev müsahibələrinin birində belə deyib: “Biz sübut etdik ki, böyük xalqıq. Biz sübut etdik ki, həmrəylik göstəririk, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu zəfərdən sonra daha da yüksək səviyyəyə qalxdı. Bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqları yenidən həyata qaytaraq. Məcburi köçkünlərmizi o yerlərə maksimum qısa müddət ərzində köçürdək”.
Memar Vaqif Hüseynov müsahibələrinin birində bildirib ki, “Şuşa şəhəri Azərbaycan memarlığının ən gözəl örnəklərindəndir. Bu tarixi şəhərin memarlıq simasının yenidən qurulması, tarixi-mədəni irsinin qorunub saxlanılması üçün xüsusi tələblər irəli sürülməlidir”.
Ümumilli lider Heydər Əliyevin layiqli davamçısı olan İlham Əliyev daim verdiyi sözlərin üzərində dayanmış və vaxtında, qətiyyətli addımlarla yerinə yetirmişdir.
11.05.2024-cü il tarixində Pezident İlham Əliyev VII Beynəlxalq “Xarıbülbül” Musiqi Festivalının çıxışında bildirib: “Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir. Şuşa, sözün əsl mənasında, dirçəlir”.
Bəli, yazmaqla bitməz bu hekayə. Qarabağ sevgimiz danılmazdır. Vətənimizin bir parçası – ürəyi olan Şuşa artıq əmin əllərdədir. Qorxma, yavru Şuşa, sən artıq olmalı olduğun yerdəsən. Bizimləsən! Bir daha bu əllər ayrılmayacaq! Bir daha sənə kirli əllər toxunmayacaq! Sən bizim əyilməz ruhumuzun, dik başımızın simvolusan! Sən bizim qalibiyyət simvolumuzsan!
Cəfərova Gövhər,
Xəzər rayonu, 262 saylı tam orta məktəbin müəllimi