Bu gün işğaldan azad olunmuş ərazilərdə infrastruktur quruculuğu və digər sosial yönümlü layihələrin icrası uğurla və çox surətlə davam etdirilir
Cənab İlham Əliyev 10 yanvar tarixində verdiyi müsahibəsində bir çox məqamlara toxunmuşdu. Onun sözlərinə görə 2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi. 1993-cü ildən sabit inkişafın bünövrəsi qoyuldu. Məhz bu illər ərzində bu günki dövlətçilik prinsipi bərqərar olundu və Azərəbaycanda vətəndaş cəmiyyəti yaradıldı.
İlham Əliyevin qeyd etdiklərinə görə, Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadı. Biz sevinirik ki, bu gün Azərbaycan həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər. Müasir tariximizin yeni dövrünü sentyabrin 20-dən sonra başladığını deyə bilərik. İstər siyasi istər hərbi müstəvidə bu hadisə bütün işlərimizin son nidası idi.
Sağlam cəmiyyət haqqında danışan prezident sağlam cəmiyyətin yaranmasının əsas amili kimi ədalətə inanmağı vurğulayıb. Zəfərimizdən söhbət açan İlham Əliyev şəhidlərin qanının yerdə qalmadığını vurğulayıb. ”Xocalida bayrağı qaldırandan sonra Xocalı qurbanlarının qisasi alınmış oldu. Xankəndində isə bayrağın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi. 8 noyabrda Üçtərəfli Bəyanətin qəbul edilməsi bizim böyük siyasi uğurumuzdu”.
Prezidentin sözlərinə görə Qarabağın erməni əhalisi vahid Azərbaycan dövləti çərçivəsində rahat və təhlükəsiz yaşaya bilər. Azərbaycan bütün ərazilərini bərpa edir. Böyük tikintilər gedir. Antiterror əməliyyatı çox uğurla keçirilmişdi. Fransa ilə münasibətlərə toxunan İlham Əliyev Fransanın artıq maskalanmayaraq açıq şəkildə anti-Azərbaycan fəaliyyəti aparmağa başladığını deyib. Bir çox sahələrə toxunan prezident Qarabağda yenidənqurma işlərinə daha çox önəm verildiyini və ”Bu il qarabağda, Şərqi Zəngəzurda infrastruktur lahiyələrinin davam edəcəyini vurgulayıb. İcra olunan infrastruktur layihələri imkan verir ki, bu il daha böyük sayda keçmiş koçkünlər öz dədə-baba torpaqlarına qayıdacaq. Qarabağ məsələsində biz tam tamamilə haqlıyıq və heç kim bizi bu haqq işimizdən döndərə bilməz”.
İlk dəfə olaraq müstəqil həyatımızda, seçkilər bütün ərazilərimizin hər yerində keçiriləcəkdir. Prezident seçkisi bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilər oldugunu vurgulayıb. Prezident fəaliyyətimin 20 ili tamamlaması bir dövrdür, bu xronoloji dövrü də əsaslandırmış olur.
Azərbaycan məlum beş prinsipi rəsmiləşdirdi və bu prinsiplər əsasında faktiki olaraq danışıqlara başlamışdır. Qarabağ bizim daxili işimizdir və sülh müqaviləsi imzalanarsa bu dövlətlər arasında müqavilə olacaq.Lakin Ermənistan çalışır ki, sülh müqaviləsinin zəmanətçiləri olsun,amma biz buna heç bir ehtiyac görmürük. Daha sonra Türkiyə Prezidentinin müharibənin ilk günündən Azərbaycana dəstək verdiyini vurguladı. Bu müharibəyə qarışmaq istəyənlərə bir ciddi mesaj idi. Rusiya isə neçə dəfə müharibəni dayandırmaq istədi və Azərbaycan hər zaman öz şərtlərini açıq şəkildə səsləndirdi. Daha sonra İlham Əliyev 1918-ci ildə Azərbaycan torpagı olan İrəvan şəhərinin Ermənistana verldiyinə toxundu, lakin biz buna razılıq verə bilmərik, bu sovet dövründə baş verib. Zəngəzurun şərqi və qərbi yoxdur, bütün Zəngəzur Azərbaycan ərazisidir.
Daha sonra Prezident İlham Əliyev, Azərbaycanın Avropa komissiyası üçün etibarlı tərəfdaş oldugunu və bu gün dünyada Azərbaycan qazına olan təlabatından danışdı. Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır. Yaşıl enerjini ixrac etməklə bizim önəmimiz daha da artacaq.
Son da,Tarixi Zəfərimizə toxunan Preziden İlham Əliyev, gücümüz cəmiyyətin və xalqın birliyindədir, əsgəri qabaga verib ruhlandıran, bu birlik olmasaydı bu zəfər olmazdı.
Səbinə Həsənova,
Yeni Azərbaycan Partiyası Nizami rayon fəal üzvü.