Analitika

Bu gün gənc nəslin düzgün formada yetişdirilməsi ölkə siyasətinin əsasını təşkil edir

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  Bu siyasətin  nəticəsidir ki, Azərbaycan gəncləri bütün sahələrdə özlərini inkişaf  etdirərək nailiyyətlərə imza atırlar.

Zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edən Ümummilli lider Heydər Əliyev  gənclər siyasətinin uğurla həyata keçirilməsində əsas rola malikdir. Həmçinin gənclərin sosial, iqtisadi  problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları da  bu qəbildəndir. Qanunlar, fərman, sərəncam və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərmişdir. Ulu Öndərin gəncliyə və gənclərə etimadı artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.

Tam əminliklə demək olar ki, ulu öndər Heydər Əliyevin gəncliyə və gənclərə qayğısı yeni mərhələyə qədəm qoyub. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı istiqamətində dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir.

Azərbaycan gəncləri də bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə çalışır.  Bu günün gəncləri ulu öndər Heydər Əliyev məktəbinin, cənab İlham Əliyev idarəçiliyinin məzunlarıdır. Məhz bu məzunlar dəmir yumruq altında birləşərək 44 günlük Vətən müharibəsində Şanlı qələbə qazanaraq tarix yazdı. Otuz illik işğala son qoyaraq tarixi ədaləti bərpa etdi. Bununla yanaşı gənclərimizin də ən böyük himayəçisi və dəstəkçisi cənab İlham Əliyevdir. Bir şəxsiyyət olaraq İlham Əliyevin dediyi sözlər və verdiyi qərarlar birmənalı şəkildə hər kəsdə güvən və etibar yaradır. Azərbaycan gəncləri hər zaman ölkə başçısının ətrafında sıx birləşərək  yürütdüyü siyasətə dəstək olub və bundan sonra da dəstək olacaqdır.

Aynur Mehdiyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button