Bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi kimi güclü və əzəmətlidir
“Prezident İlham Əliyevin məqsədyönlü və milli maraqlara əsaslanan fəaliyyəti nəticəsində Azərbaycan ötən müddət ərzində ən yüksək zirvələri fəth edib. İstər siyasi, istər diplomatik, istərsə də idman, mədəniyyət və difər sahələrdə qazanılan nailiyyətlər nəticəsində müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımız zirvələrdə qürurla və əzəmətlə dalğalanır. Bu, hər bir vətəndaş üçün iftixar mənbəyi olmaqla yanaşı, xalqın milli qürurunun təcəssümüdür. Bununla yanaşı, Müzəffər Ali Baş Komandımızın İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən möhtəşəm və təntənəli Zəfər yürüşü – 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanılması ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasını təmin edib. Bu, eyni zamanda, milli ləyaqətin bərpası olaraq müstəsna tarixi və mənəvi-siyasi hadisədir”.
Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Prezident İlham Əliyevin siyasi iradəsinin və strateji fəaliyyətinin nəticə olan reallıqlar qüdrətli Azərbaycan dövlətinin vətəndaşları, bütövlükdə isə, dünya azərbaycanlıları tərəfindən təqdirlə qarşılanır və olduqca yüksək dəyərləndirilir. Dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən siyasətə mütləq inam və etimad xalq-iqtidar birliyinin sarsılmaz təməllərə söykəndiyini göstərir. Heç şübhəsiz xalq-lider birliyi dövlətimizi, xalqımızı yeni zəfərlərə və parlaq gələcəyə aparacaqdır.
“Prezident İlham Əliyev hakimiyyətdə olduğu son 20 ildə xalqa verdiyi hər bir vədini şərəflə yerinə yetirib. Xalqımızın Prezident İlham Əliyevə olan inamı, etimadı, güvəni sonsuzdur. Öz fəaliyyətini daim xalqla bir yerdə olmaq və xalqa ləyaqətlə xidmət etmək əsasında quran Prezident İlham Əliyev vətəndaşların hər bir qayğısına qalıb və bununla da hər bir azərbaycanlının Prezidenti olmağı bacardığını dəfələrlə sübut edib. Bu da Prezident İlham Əliyevin ancaq xalqın və dövlətin mənafeyi üçün çalışan, uzaqgörən bir Lider olduğunun daha bir nümunəsidir”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, bu gün Azərbaycan özünün ən parlaq günlərini yaşayır. Əminliklə qeyd edə bilərik ki, Azərbaycan çoxəsrlik tarixində heç vaxt bu qədər güclü olmayıb.