Analitika

Bu gün Azərbaycan bayrağı bütün Qarabağda dalğalanır

Cari ilin dekabrın  21-i tarixi Azərbaycan xalqının yaddaşına, sevincinə səbəb olmuş unudulmaz hadisə kimi yazıldı. Xankəndi stadionunda azərbaycanlı azarkeşlərin iştirakı ilə futbol üzrə Azərbaycan kubokunun Ağdamın Qarabağ və Bakının MOİK komandaları arasında oyun keçirib. Bu ilk dəfə idi ki, işğaldan azad olunmuş ərazidə keçirilirdi. Ən əsası bu matçı Xankəndi stadionda qəhrəman şəhidlərimizin övladları, ailə üzvləri ilə izləmək daha da qürurverici bir hal oldu. Bu matçın Xankəndi stadionunda keçirilməsi böyük məna kəsb edirdi, çünki Xankəndi qədim Azərbaycan diyarıdır, çünki təməli Qarabağ xanı tərəfindən qoyulub. 30-il ərzində Xankəndində separatçılar yuva salmışdılar, onlar buranı separatizm rəmzinə çevirmişdilər. Ermənistan hesab edirdi ki, orada əbədi yaşayacaqlar. Şanlı Azərbaycan ordusu bütün dünyaya sübut etdi ki, Qarabag bizim əbədi tarixi əzəli torpağımızdı və tarixi torpagın öz sahibləri Azərbaycan xalqıdır. Bir günlük antiterror əməliyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi və öz üç rəngli bayrağını Xankəndində qaldırdı. Bu gün Azərbaycan bayrağı bütün Qarabağda dalğalanır. Xalqımız bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəkdir. Xankəndi şəhərində, Xocalıda və bütün Qarabağda geniş quruculuq-abadlıq işləri gedir. Stadion cəmi iki ay ərzində yenidən inşa edildi. Separatizm simvollarını əks etdirən simvollar tarixin zibilxanasına atıldı. Bütün başqa şəhərlər kimi Ağdam da yenidən qurulur. Bir neçə aydan sonra Ağdamda İmarət stadionu yenidən inşa ediləcək.

Qarabağ-Ordu-Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir. Xalqımız bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır! – Dörd il bundan əvvəl Xankəndi stadionunda bəziləri  Qarabağ Ermənistandır və nöqtə deməsinə cavab olaraq biz bu gün burdan onlara sübut etdik ki,  Qarabağın sahibləri qayıdıb. Oktyabrın 15-dən Xocalı, Əsgəran, Xocavənd, Agdərə və Xankəndi şəhərində Azərbaycan bayrağı ucaldıldı. Noyabrın 8-də Xankəndinin mərkəzində Zəfər paradı keçirildi. Bundan sonra Qarabagın bütün ərazisində bayragımız dalğalanacaq və biz bu torpaqlarda əbədi yaşayacayıq.

Yaşasın Qarabağ! Yaşasın şanlı Ordumuz! Qarabağ Azərbaycandır!

Səbinə Həsənova,
Yeni Azərbaycan Partiyası Nizami rayon fəal üzvü.

Oxşar Xəbərlər

Back to top button