Böyük Qayıdış strategiyası
44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunmuş, ölkəmizin ərazi bütövlüyü bərpa edilmişdir. Azərbaycan Respublikası öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoymuş, Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək məqsədilə “Böyük Qayıdış” proqramının həyata keçirilməsinə start verilmişdir. Proqrama dağılmış şəhərlərin və binaların yenidən qurulması, ağıllı kəndlərin, eləcə də hava limanlarının tikintisi daxildir.
1993-cü ilin iyulunda, Birinci Qarabağ müharibəsi zamanı erməni qüvvələri tərəfindən işğal və məhv edilmiş, bəzən Qafqazın Hirosiması da adlanan Ağdam şəhəri 20 noyabr 2020-ci il tarixində atəşkəs razılaşması çərçivəsində şəhər və ətrafı Azərbaycana qaytarılandan sonra bərpa prosesinə başlamaq planı açıqlamışdır. Şəhərin təsdiq edilmiş baş planına əsasən dağılmış binaların bir qisminin açıq muzeyi tikiləcək. Ağdamın Azərbaycanın ən böyük şəhərlərindən birinə çevirilməsi planlaşdırılır. İlk növbədə, 26 may 2021-ci ildə Bərdə–Ağdam avtomobil yolunun tikintisinə başlanılmışdır.
16 noyabr 2020-ci ildə Füzuli və Cəbrayıl rayonlarında “Zəfər yolu” kimi tanınan Füzuli–Şuşa avtomobil yolunun təməlqoyma mərasimi keçirilmiş, Füzuli Beynəlxalq Hava Limanının layihələrinə start verilmişdir. Hava limanında ilk uçuş sınaqları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılış mərasimi keçirilmişdir.
9 oktyabr 2020-ci ildə işğaldan azad olunan Hadrutda yenidənqurma işlərinə yolların bərpası ilə başlanılıb. Prezident İlham Əliyev 2021-ci il martın 15-də Füzuli-Hadrut avtomobil yolunun təməlini qoyaraq bildirmişdir ki, Cəbrayıl rayonunun ərazisindən keçən Hadrut-Cəbrayıl-Şükürbəyli Şükürbəylidə Hacıqabul-Mincivan-Zəngəzur avtomobil yoluna birləşdiriləcək.
8 noyabr 2020-ci ildə Azərbaycan ordusu tərəfindən azad edilmiş Şuşada 2021-ci ilin yanvar ayının əvvəlində beşulduzlu otelin tikintisini elan etmiş, bundan başqa, müharibə nəticəsində dağıdılmış Şuşa qalasının, Qazançı kilsəsinin, Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa və Saatlı məscidlərinin, Vaqif türbəsinin bərpasına başlanılmış, Şəhər Dövlət Qoruğunun yaradılması haqqında sərəncam imzalamış, Üzeyir Hacıbəylinin abidəsinin açılışı olmuşdur.
Kəlbəcər rayonunda 2–4 hərəkət zolaqlı Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun genişmiqyaslı tikintisinə 23 iyul 2021-ci il tarixində başlanılmışdır. Bundan əlavə, Kəlbəcər və Laçın rayonlarını birləşdirən İstisu–Minkənd yolunun yenidən qurulmasına başlanılmışdır.
20 oktyabr 2020-ci ildə isə Azərbaycan qüvvələri tərəfindən azad edilmiş Zəngilan şəhərində Ağalı kəndində “ağıllı kənd” layihəsinin istifadəyə verilmiş, eyni zamanda, Azərbaycanı Türkiyə ilə birləşdirən Horadiz–Zəngilan–Ağbənd dəmir yolunun təməli qoyulmuşdur. Bunun nəticəsi olaraq, Türkiyənin Kənd Təsərrüfatı və Meşə Naziri Bəkir Pakdemirlinin rəhbərlik etdiyi nümayəndə heyəti Zəngilanda olmuş, Ağalı kəndində Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və Türkiyə Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə yaradılmış “Qardaşlar bağı”nın açılışını etmişdir. Bundan əlavə, 1 may 2021-ci ildə Zəngilan Beynəlxalq Hava Limanının tikintisinə başlanıldığı barədə məlumat yayılmışdır.
Möhtərəm Prezident İlham Əliyev bildirmişdir ki, minaların təmizlənməsi və infrastrukturun bərpası işlərindən sonra, 2022-ci ildən başlayaraq azərbaycanlılar azad edilmiş ərazilərə geri dönəcək. Proqrama əsasən, 19 iyul 2022-ci ildə Zəngilana Ağalı kənd sakinlərinin ilk qrupu köçürülmüşdür.
Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır. Böyük Zəfərimizin nəticəsi olaraq xalqımızın uzun illərdir gözlədiyi Böyük Qayıdışın reallaşdırılması bu gün Respublikamızın yüksək siyasi-iqtisadi və sosial inkişafindan xəbər verir!
Yaqublu Şəfiqə,
Xəzər rayonu, 237 saylı tam orta məktəbin müəllimi