Analitika

“Böyük Qayıdış” proqramının uğurla icra edilir

“44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfərdən sonra işğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq işləri həyata keçirilir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiqlənib. Dövlət Proqramı hazırlanarkən mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb”.Ölkəmizin çoxəsrlik tarixinin nadir hadisələrindən sayılan tarixi Zəfər, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin məqsədyönlü siyasəti və məharətli sərkərdəlik qabiliyyəti nəticəsində Vətən müharibəsində, Qarabağ savaşında qazanılan qələbə ən şanlı səhifələrimizdəndir. Tarixi ədaləti bərpa edən Azərbaycanın “Böyük Qayıdış” proqramı bu ənənəni bu gün də uğurla davam etdirilməsidir. “İşğaldan azad olunmuş ərazilərdə enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən bərpa olunan enerji potensialından səmərəli istifadə çərçivəsində əhalinin infrastruktur təminatının yaxşılaşdırılması və layiqli həyat şəraitinin yaradılması üçün elektrik, su, qaz, istilik təchizatı və kanalizasiya xidmətlərinin qurulması istiqamətində sistemli tədbirlər həyata keçirilir. Dövlət Proqramında  qeyd olunduğu kimi, işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik məsələləri nəzərə alınmaqla, infrastruktur təminatının strateji hədəflərə uyğunlaşdırılması, nəqliyyat sisteminin fasiləsiz fəaliyyəti üçün yolların çəkilməsi, telekommunikasiya şəbəkələrinin qurulması, elektrik, su, istilik və qaz təchizatının təmin edilməsi Dövlət Proqramının əsas prioritet istiqamətlərindən biridir. Nəzərdə tutulan möhtəşəm quruculuq işləri qısa zamanda keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını şərtləndirir. Beləliklə, qarşıdakı beş ildə Böyük Qayıdışın möhtəşəm nəticələrinin şahidi olacağıq! “Qarabağı cənnətə cevirəcəyik”. Qarabağı cənnətə cevirən “Böyük Qayıdış” hamının, bütövlükdə Azərbaycan xalqının ürəyincədir, xalqımız bunu çox yüksək qiymətləndirir.

Azərbaycan öz iqtisadiyyatının gücü, öz qüdrəti hesabına “Böyük Qayıdış” proqramını reallaşdırır və mərhələ-mərhələ bütün hədəflərimizə çatırıq. Ölkə rəhbərinin, cənab Prezidentin “Böyük Qayıdış” proqramının uğurla icrası Qarabağı təkrarən cənnətə çevirir və biz bu prosesin canlı şahidləriyik.

Mətanət Cəfərova,
YAP fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button