“Böyük Qayıdış” adlanan dövlət proqramına artıq start verilib
Müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin siyasi mirasıdır. Heydər Əliyev ideyalarının sərhədləri isə sonsuz – sərhədsizdir. Bu dəyərlər dünyanın dörd bir tərəfində məskunlaşmış xalqımızı – dünya azərbaycanlılarını birləşdirən məfkurəyə çevrilib.
Heydər Əliyev irsi həmdə dövlətçilik konsepsiyasıdır, milli məzmuna malikdir. Bu irs Azərbaycan dövlətinin bütün dövrləri üçün aktual və zəruri olan inkişaf paradiqmalarını müəyyənləşdirir. Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının lideridir. İlham Əliyev Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir. O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır.
Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. “ Dəmir yumruq ” qətiyyət , güc və həmrəylik simvoludur. Dünyanın ən nüfuzlu şəxsiyyətləri sırasında olan cənab İlham Əliyevin qətiyyəti, Azərbaycan dövlətinin , o cümlədən ordumuzun gücü , nəhayət , öz liderinin , müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşmiş xalqımızın həmrəyliyi, birliyi – bütün bunlar “ Dəmir yumruğun “ rəmzi mənasını , mənəvi dəyərini ifadə edir.
Azərbaycan postmüharibə dövründə də yeni nəaliyyətlərə imza atır – dünya daha güclü Azərbaycanın uğurlarına şahidlik edirdi.Əziz Şuşanın , doğma Qarabağın Xilaskarı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə mütəmadi səfəri bu yürüşün davamı- Qələbə təntənəsidir. Həmin ərazilərdə şəhərlərimizin , mədəni irsimizin bərpa olunması , yeni reallıqlar əsasında ölkəmizin və regionumuzun gələcəyinin inşa edilməsi Azərbaycanın milli gücünün artması deməkdir. İşğaldan azad olunmuş ərazilərdə Prezident İlham Əliyevin müvafiq tapşırıqları və göstərişləri əsasında genişmiqyaslı , nəhəng bərpa- quruculuq prosesinə start verilib. Hədəf Qarabağı və Şərqi Zəngəzuru nəinki müstəqil , qalib Azərbaycanın , hətta dünyanın ən gözəl güşələrindən birinə çevirməkdir.
Qarabag və Şərqi Zəngəzurda ardıcıl işlərin görülməsi , iqtisadi potensialdan səmərəli istifadə olunması milli inkişafın irəliləməsinə əlavə təkan olacaq. Beləliklə, 30 illik hərbi- siyasi əsarətdən xilas edilmiş ərazilərimizə yeni həyat və nəfəs verəcək.
Azərbaycan Prezidentinin strateji təşəbbüsləri özündə həm tarixi ənənələri, həm də mənəvi dəyərləri ehtiva edir. Zəngəzur dəhlizinin reallaşdırılması strateji təşəbbüslərdən biri hesab olunur. İşğaldan azad olunan ərazilərin bərpası və bu ərazilərə Böyük Qayıdışın təmin olunması baxımından Zəngəzur dəhlizinin yaradılması özünün strateji önəmi ilə diqqəti cəlb edir. Zəngəzur dəhlizinin açılması regionda sülh, sabitlik, təhlükəsizlik, tərəfdaşlıq və əməkdaşlığa tarixi töhvə olacaq. Müzəffər Ali Baş Komandanımızın qeyd etdiyi kimi : “ Qarabağ və Şərqi Zəngəzur Azərbaycandır! “.
Aidə Əliyeva,
Yeni Azərbaycan Partiyasının Siyasi təhlil, maarifləndirmə, seçkilərlə iş üzrə məsləhətçisi.