Analitika

Boykot – radikal müxalifətin acizliyi

Azərbaycan mühüm siyasi hadisə ərəfəsindədir. 2024-cü ilin fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri müstəqillik tariximizdə ilk dəfə olaraq ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam təmin olunması şəraitində baş tutacaq.

Azərbaycan demokratik dövlətdir, şəffaf, azad və ədalətli keçirilməsi üçün mükəmməl seçki sistemi mövcuddur. Seçki mübarizəsində iştirak edən siyasi partiyalar üçün bərabər şərait, azad rəqabətin inkişafı üçün müasir seçki təbliğatı vasitələri  və seçki prosesinin şəffaflığını sübut edən ən müasir texnologiyalar var. Xüsusilə, hər bir seçkinin azad və ədalətli keçirilməsi üçün dövlətinin siyasi iradəsi mövcuddur.

Artıq bir sıra partiyalar seçkilərdə iştirakla bağlı qərar qəbul edərək öz namizədlərini irəli sürüblər. Lakin öz məğlubiyyətlərini əvvəlcədən bilən Müsavat Partiyası və AXCP bu dəfə də seçki prosesinə qoşulmaqdan boyun qaçırdı.

“Müsavat” seçkilərdə iştirak etməyəcəklərini, AXCP isə “boykot”edəcəklərini bildirib. Əslində, seçkinin nəticələrinə kölgə salmaq üçün hər cüroyundan çıxan radikallar əslində ilk növbədə öz gücsüzlüklərini, zəifliklərini ört-basdır etməyə çalışırlar. Daha doğrusu, bu fakt onların 3-5 nəfərlik qohum-əqrəba birliyindən, maddi maraq qrupundan başqa bir şey olmadıqlarının etirafıdır. Məlumdur ki, “Siyasi partiyalar haqqında” yeni qanuna uyğun olaraq cəmi 5 min üzv toplamaqda böyük çətinlik çəkən radikal siyasi qüvvələrin bütün uydurma mifləri puç olub. Heç bir elektoratı olmayan və ötən illər ərzində bütün etibar limitini itirmiş radikallar öz zəifliyini etiraf etmək əvəzinə növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçib.

Nəzərə alınmalıdır ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması  prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb.

Görünən odur ki, radikallar sağlam rəqabətin əvəzinə yenə də təxribat yolunu  seçir. Seçkilərlə bağlı qərəzli şəkildə boykotun elan olunması xarici qüvvələrə xidmət edən siyasi təxribatdan başqa bir şey deyil. Həmçinin, “boykot” siyasi rəqabət metodu deyil, qərəzli informasiya manipulyasiyalar üçün münbit şərait yaradan siyasi texnologiyadır. Həm də “boykot” siyasətdə prinsipial mövqeyin nümayişi deyil, o, bilavasitə məkrli niyyətlərə yol açan siyasi hiylədir. Çünki cəmiyyətin inkişafına və milli həmrəyliyə zərər verə biləcək əməllər bütün dövrlərdə radikalların fəaliyyətini xarakterizə edən əsas “keyfiyyətlərdən”olublar.

Nəzərə almaq lazımdır ki, seçkiləriştirak siyasətdə sağlam rəqabətin yeganə legitim vasitəsidir. Bu legitimprosesdə iştiraketməkdən imtina edənlərin səbəbi zəiflik qalmaqallı situasiyaları təhrik etməkdir. Lakin Azərbaycan xalqı onları yaxşı tanıyır. Ona görə , radikalların seçki qabağı təxribat cəhdləri iflasa məhkumdur!

Anar Abbasov,
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button