BMT Təhlükəsizlik Şurasının 16 avqust 2020-ci il tarixində növbədənkənar iclasında Azərbaycanın diplomatik qalibiyyəti barədə qeydlər
Rəsmi İrəvanın “blokada“ və ya “humanitar böhran ilə bağlı ölkəmizə qarşı təbliğatı əsassız və sübutu olmayan iddialardır. Ermənistan Azərbaycanın Laçın dəhlizini guya blokadaya alması və Dağlıq Qarabağ ermənilərini aclıq və soyqırımına məruz qoymasını BMT TŞ 16 avqust 2020-ci il tarixli növbədənkənar iclasında rəsmiləşdirərək Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsinə, Laçın dəhlizinin beynəlxalq gücdən istifadə edərək açılmasına çalışsa da ciddi məğlubiyyətə uğradı. Faktiki olaraq heç bir dövlət Ermənistanın tezislərini dəstəkləmədi. Bu Azərbaycanın xarici siyasətinin məqsədyönlü siyasətinin uğuru oldu. Ermənistan 30 ilə yaxın BMT TŞ-nın dörd qətnaməsinə və TŞ-nın sədrinin bir sıra bəyənatlarına məhəl qoymayıb indi isə qətnamələrini diqqətə almadığı beynəlxalq qurumdan yardım diləyir.
Rəsmi İrəvanın TŞ-na müraciəti aylar ərzində beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün apardığı kompaniyanın tərkib hissəsidir. Humanitar təşkilatın ərazidə mövcudluğunu və fəaliyyətini siyasiləşdirməklə Ermənistan Qarabağda yaşayan etnik erməni sakinlərinin reinteqrasiyasına süni maneələr yaradır. Laçin dəhlizi adlanan yol Azərbaycanın suveren ərazisi daxilində heç bir ekstrateritorial statusu olmayan 3 tərəfli bəyənata əsasən vətəndaşların nəqliyyat vasutələrinin və yüklərin daşınması üçün nəzərdə tutulan yoldur. Azərbaycan bu bəyənatla üzərinə götürdüyü öhdəliklərə sadiq qalaraq bu yolda hərəkətə icazə verib.
Qondarma “Dağlıq Qarabağ“ rejiminin və Ermənistanın gözləntilərinin əksinə BMT TŞ-da müzakirədə iştirak edən dövlətlərin heç biri xalqların öz müqəddəratlarının təyin etməsi prinsipindən Qondarma “Qarabağ“ rejiminin tanınmasından Qarabağda yaşayan ermənilərə qarşı aclıqla təhdid edilən soyqırımının törədilməsindən ölümlə nəticələnən aclıq hallarının baş verməsindən bəhs etmədilər. Ermənistanın təşəbbüsü ilə Azərbaycanın Laçin dəhlizinin guya blokadaya alması və Dağlıq Qarabağ ermənilərini aclıqla soyqırəmına məruz qoyması iddiasının BMT TŞ-nın gündəliyinə gətirməsi və nəticə almaması onun bu məsələni bir daha gündəmə gətirmək ehtimalını sıfıra endirdi. 2020-ci ildə müharibə başa çatdıqdan sonra Azərbaycan yüklərin Qarabağ bölgəsinə çatdırılması üçün öz logistik imkanları və infrastrukturunu beynəlxalq qırmızı xaç komitəsinə təklif edib. Ermənistan bu təşkilatın vasitəçiliyindən sui-istifadə etməklə Qarabağ bölgəsinə qaçaqmalçılıq yolu ilə ikriçiplər kimi ikili təyinatlı texnologiyaları keçirməyə çalışıb. Ermənistanın bu komitədən siyasi məqsədlər üçün istifadə etməsi onu göstərir ki, regionda beynəlxalq mövcudluğun, artırılmasına dair çağırışların humanitar narahatlıqlarla heç bir əlaqəsi yoxdur. Ağdam–Xankəndi yolunun istifadə edilməsinin mümkün olması Azərbaycanın maraqlarına cavab verir. Ötən həftələr ərzində beynəlxalq hüququn o cümlədən Azərbaycan Rusiya Federasiyası və Ermənistan liderlərinin 10 noyabr tarixli bəyənatının 4-cü bəndi çərcivəsində Azərbaycan ərazisində qeyri qanuni erməni silahlı qüvvələri qanunsuz işlərini daha da artırıb. Bölgədə davamlı sülh üçün tarixi fürsətin qaçırılmaması həyati əhəmiyyət kəsb edir. TŞ-da müzakirələrdə istənilən nəticələrin alınmaması onu göstərdi ki, ermənistan hökuməti və diaspora arasinda ciddi narazılıq var. TŞ Qarabağdakı separatçılara və ermənistandakı militarist qüvvələrə o cümlədən daşnaqlara bildirdi ki, müstəqil Arsaq adlı dövlət olmayacaq. Beləliklə Ermənistanın BMT TŞ-dan növbəti dəfə öz şantaj kompaniyası üçün istifadə etmək cəhdi uğursuzluğa düçar oldu. Azərbaycan Qarabag bölgəsinin etnik erməni sakinlərinin bərabər hüquqlu vətəndaşlar kimi reinteqrasiyasını təmin edəcək. Ermənilərin bu işi əngəlləməkdə məqsədi bu iki xalqın birgə yaşayışını əngəlləməkdir. BMT TŞ-nın 16 avqust tarixli iclasında göründüyü kimi Fransa Azərbaycana qarşı bütün platformalarda sistemli şəkildə düşmən münasibət sərgiləyir. Laçın–Xankəndi yolunun açıq olduğunu göstərən foto və videogörüntülər yerli və beynəlxalq KİV-lərdə yayılıb. Rəsmi Bakı yeni geosiyasi reallıqlarla bağlı dünya ölkələrində dolğun və obyektiv təəssürat formalaşdıra bilib. BMT-də aparılan müzakirələr bir daha göstərdi ki, dünya ictimaiyyəti Bakının haqlı mövqedə olduğundan xəbərdardır. Əsassız iddialarının davamlı olaraq puça çıxması fonunda Qarabağ ermənilərinin yeganə düzgün qərarı Azərbaycan vətəndaşlığını qəbul etmək, ölkəmizin yaradacağı etibarlı təhlükəsizlik və sivil birgəyaşayış mühitindən bəhrələnərək dinc yaşamaq olardı. Beləliklə BMT-nin son qərarından sonra bu prosesin sürətlənəcəyini də əminliklə söyləmək olar.
Əliyev Elçin,
Xəzər rayonu, 26 №li tam orta məktəbin müəllimi