AnalitikaGündəmSiyasət

Biz bu Qələbəyə görə Onlara borcluyuq

27 Sentyabr – anım günüdür.

Anım günü milli birlik və həmrəyliyin təcəssümüdür.

44 günlük Vətən müharibəsi son 200 il ərzində Azərbaycan xalqına yönəlmiş işğalçılıq siyasətinə son qoymaqla XXI əsrin müasir müharibəsinin aparılması taktika və strategiyasını yaratdı. Azərbaycan əsgəri XXI əsrin etalon əsgəri oldu.

Müharibənin başlandığı ilk gündən Prezident xalqa müraciətində bu fikri xüsusi vurğulamışdır. “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq!”

Anım günü xalqımıza bu şanlı zəfəri və tarixi ədalətin bərpasını bəxş edən qəhrəmanların – şəhid və qazilərimizin yad edilməsi günüdür.

Bu gün üçün biz onlara borcluyuq. Anım günü Azərbaycan xalqının böyük iftixar və qürur günüdür.

XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti uzun müddətli münaqişəyə səbəb oldu.

Ermənistan hərbi işğalla yanaşı tarixi saxtalaşdırmaqla öz əməllərinə haqq qazandırmağa çalışdı.

1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrdə irəli sürülən tələblər yerinəyetirilmədi. 2003-cü ildən ölkəmiz hərtərəfli inkişaf mərhələsinə qədəm qoydu və işğal probleminin həlli dövlət siyasətinin əsas istiqamətlərindən biri oldu.

Uydurma erməni tarixi konsepsiyası təkcə Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətin mədəni irsinə qarşı yönəlmiş vandalizm aktı idi.

Sülh danışıqları prosesi ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar Ermənistanın destruktiv mövqeyi səbəbindən iflasa uğradı. Ermənistanın qeyri səmimi mövqeyi yeni torpaq iddiaları, təxribatçı addımlar, İrəvan rəhbərliyinin bölgədə sabitliyi pozması Azərbaycanın səbrini tükəndirmiş və münaqişənin dinc yolla həllini mümkünsüz etmişdir.

Ermənistanın işğalçı və saxtakar siyasəti nəticəsində sülhsevər və tolerant Azərbaycan xalqının qarşısında yalnız bir yol qalırdı – öz ərazi bütövlüyünü hərbi siyasi yolla bərpa etmək. 2020-ci ilin 44 günlük Vətən müharibəsi də məhz bu tarixi zərurətdən irəli gəldi.

Rəsmi İrəvanın işğalçı və saxtakarlığa əsaslanan siyasəti müharibəni qaçılmaz etdi. Həmçinin Azərbaycan Ermənistan münasibətlərində “İkili Standart”lar analyısı beynəlxalq güclərin Qərb dövlətlərinin və böyük təşkilatların münaqişə və tərəflərə yanaşmasındakı qeyri obyektivlik müharibəni labüd, zəruri etdi.

“Öldü var, döndü yoxdur” şuarı 2020-ci ildə başvermiş 44 günlük ikinci Qarabağ müharibəsi zamanı Azərbaycan xalqının və ordusunun göstərdiyi qətiyyəti fədakarlığı və geri çəkilməmək əzmini simvolizə edən əsas milli devizimizdir.

Azərbaycan respublikasının Prezidenti İlham Əliyev öz çıxışlarında bu şüarı xüsusi vurğulayaraq bildirmişdir:“Müharibə dövründə hamımız bir şuarla yaşayırdıq”-Öldü var, döndü yoxdur!”

Bu ifadə təkcə cəbhədəki hərbçilərin deyil, həm də ön cəbhəyə dəstək verən bütün Azərbaycan xalqının yekdil iradəsinin və sarsılmaz birliyinin nümayiş etdirmişdir.

Qələbə sevincini Azərbaycan xalqına yaşatmış Şəhidlərimizin xatirəsi hər zaman əzizdir. Şəhid ailələri və müharibə əlillərini xüsusi qayğı ilə əhatə edən dövlət başçisının fərman və sərəmcamları Onlara olan diqqət və qayğının baris nümunəsidir.

Vətən oğulları-xalqımızın fəxri, qürurudur.

“Biz bu Qələbəyə görə Onlara borcluyuq” – Prezident İlham Əliyev

Vətən mənə oğul desə nə dərdim

Mamır olub qayasında bitərdim.

Şəhla Quliyeva,
Respublika Pediatriya Mərkəzinin həkimi, Mirəsədulla Mirqasımov küçəsi 2 (RPM PHŞ) üzrə ƏPT sədr müavini 

Oxşar Xəbərlər

Back to top button