
Azərbaycan və Qazaxıstan xalqlarını birləşdirən münasibətlər yüzilliklərin sınağından keçmiş dostluq və qardaşlıq üzərində qurulub. Hər iki xalq ortaq türk mənşəyinə, mədəni dəyərlərə və mənəvi köklərə malikdir. Bu dərin tarixi bağlar, yalnız keçmişin irsi deyil, həm də gələcək nəsillərin birliyini təmin edən ideya gücüdür.
Xalqlarımızın mədəniyyəti, musiqisi, folkloru və ənənələri bir-birinə çox yaxındır. Həm aşıq sənəti, həm dastanlar, həm də milli adət-ənənələr eyni kökdən qidalanır. Bu ortaq irs mədəni əməkdaşlıq üçün zəngin zəmin yaradır və iki xalqın mənəvi yaxınlığını daim yaşadır.
Azərbaycan və Qazaxıstan xalqları tarix boyu bir-birlərinə çətin anlarda dəstək olublar. İstər müstəqillik dövrlərində, istər beynəlxalq sınaqlar qarşısında, bu həmrəylik heç vaxt zəifləməyib. Qardaşlıq ruhu yalnız dövlətlərarası münasibətlərin deyil, xalqlar arasındakı səmimi etimadın da təməlidir.
Bu gün də xalqlarımız arasındakı dostluq keçmişin xatirəsi deyil, gələcəyə yönəlmiş ortaq iradədir. Eyni dil ailəsindən gələn, eyni ruhu daşıyan bu iki xalq Avrasiyada birliyin, mədəni dəyərlərin və mənəvi gücün rəmzinə çevrilib.
YAP Xəzər rayon təşkilatının fəalı
Sünbül Həsənquliyeva



