AnalitikaGündəmİqtisadiyyat

Bir Liderin Uzaqgörənliyi: Heydər Əliyevin Enerji Siyasəti

Bir Liderin Uzaqgörənliyi: Heydər Əliyevin Enerji Siyasəti
Azərbaycanın enerji tarixində atılan hər əsaslı addımın arxasında böyük uzaqgörənlik və qətiyyət dayanır. 1990-cı illərin əvvəllərində siyasi qeyri-sabitlik, iqtisadi tənəzzül və müharibə ilə üz-üzə qalan ölkə üçün qurtuluş yolu enerji strategiyasının düzgün qurulmasından keçirdi. Bu strategiyanın müəllifi isə Prezident Heydər Əliyev idi.
Onun baxışı təkcə neft və qaz yataqlarının istismarına deyil, həm də bu resurslardan milli inkişaf və beynəlxalq əməkdaşlıq üçün alət kimi istifadəyə yönəlmişdi. 1994-cü ildə keçirilən ilk Beynəlxalq Neft və Qaz Sərgisi və elə həmin il imzalanmış “Əsrin müqaviləsi” bu baxışın təzahürüdür. Bu addımlar Azərbaycanın dünya enerji bazarına inteqrasiyasını sürətləndirdi.
Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən qərarlar Azərbaycanın enerji müstəqilliyini təmin etməklə yanaşı, ölkəni regional və beynəlxalq tərəfdaşlar üçün etibarlı tərəfdaş kimi tanıtdı. Onun həyata keçirdiyi enerji siyasəti sonrakı illərdə də öz bəhrəsini verdi, yeni boru kəmərləri, sərmayələr və beynəlxalq layihələr ard-arda reallaşmağa başladı.
Bu gün Azərbaycanın enerji uğurlarına nəzər saldıqda aydın görünür ki, bu nailiyyətlərin təməli ulu öndərin müdrik və məqsədyönlü siyasəti ilə qoyulub. O, bir dövlət adamı kimi yalnız dövrünün deyil, gələcəyin də maraqlarını düşünərək addımlar atdı.

Kamran Mustafayev
YAP Xəzər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button