Beynəlxalq İngilis dili Olimpiadası müsabiqəsinin təltifetmə mərasimi keçirilib
İyunun 10-da Azərbaycan Dillər Universitetində Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı, “International Olympiads Center” və Müasir Innovasiyalar Liseyi tərəfindən 15 iyun-Milli Qurtuluş Gününə həsr edilmiş “Uilyam Şekspir” Beynəlxalq İngilis dili Olimpiadası müsabiqəsi təltifetmə tədbiri keçirilib.
Aktualinfo.az xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. A.Süleymanov bildirib ki, Ümummilli Lider Heydər Əliyevə Azərbaycan gəncinə xitab edərək qeyd etmişdir: “Mən arzu edərdim ki, Azərbaycan gənci Şekspiri ingilis, Puşkini rus, Nizamini, Füzulini, Nəsimini isə Azərbaycan dilində oxusun. Biz bu gün burada bu gəncliyin toplaşdığının şahidi oluruq. Hamınızı salamlayırıq və xoş gəldiniz deyirik.”
Azərbaycan xalqı birləşərək ölkəni bürümüş acınacaqlı vəziyyətə qarşı məntiqli, iradəli gücünü ortaya qoyaraq, təkidlə Ümummilli Liderin hakimiyyətə qayıdışını tələb etdi. Xalqı vətəndaş qarşıdurmasından, səfalətdən, ölkəni parçalanmaq təhlükəsindən xilas etmək gücündə olan Heydər Əliyev xalqına və dövlətinə sahib çıxdı. Ulu Öndər uzaqgörən və müdrik siyasəti ilə xalqımızı və dövlətimizi düşdüyü ağır vəziyyətdən xilas etdi.
Sonra “Uşaq himni” nümayiş olundu və Milli Qurtuluş bayramı ilə əlaqədar “Səma” rəqs qrupunun ifası rəqs nümayiş etdirildi.
Sonra “International Olympiads Center” direktoru Nail Xanməmmədov və MİL – Müasir İnnovasiyalar Liseyinin Tədris İşləri üzrə Direktor müavini Faiq Əliyev çıxış edərək Qurtuluş Bayramı münasibəti ilə iştirakçılar təbrik edib və bütün fəaliyyətlərində uğurlar arzu ediblər.
Sonra təltifetmə mərasimi baş tutdu və tədbir Yeni Azərbaycan Partiyasının himni ilə yekunlaşdı.