Bərpaolunan enerji mənbələrinin şaxələndirilməsi bu sahədə yeniliklərə imza atacağımızdan xəbər verir
Avropanın enerji siyasətində ən mühüm məsələ etibarlı tərəfdaşın olmasıdır. Hazırda Avropanın etibar etdiyi və enerji böhranında Azərbaycana verdiyi dəyər həyata keçirilən uğurlu siyasətlə bağlıdır. Müstəqilliyimizin ilk illərində Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə bir sıra beynəlxalq layihələrin reallaşdırılması və bu layihələrin şaxələndirilməsində perspektivə hesablanmış addımlar idi.
Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Bərpaolunan enerjiyə keçid qısa zamanda baş verə bilməz, bunun üçün uzun illər boyu gərgin iş aparılması, böyük sərmayələr yatırılması tələb olunur. Qaz, neft, kömür kimi yanacaq növləri hələ bundan sonra da uzun müddət enerji balasında aparıcı yer tutacaq. Perspektiv planda Azərbaycan bu prosesin tədricən həyata keçirilməsini hədəfləyir və enerji mənbələrini şaxələndirir. Ənənəvi enerji növlərinə alternativ olaraq “yaşıl enerji”nin inkişaf etdirilməsi həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında dövlətimizin başçısı bildirib : “Yaşıl enerji ilə bağlı potensial böyükdür. Xəzər dənizinin külək enerjisi potensialı 157 qiqavatdır. Quruda olan potensial 27 qiqavatdır, iki il əvvəl müharibə nəticəsində azad edilmiş ərazilərdə daha 10 qiqavatdır. Beləliklə, təqribən 200 qiqavat həcmində potensial mövcuddur.”
Yaşıl enerjinin tətbiqi ekoloji baxımdan vacibdir. İşğaldan azad olunan ərazilərimizdə yeni və müasir standartlar tətbiq olunacaq. Digər tərəfdən, vətəndaşlarımız artıq alternativ enerji mənbələrindən istifadə etmək imkanı qazanacaq. Bu da vətəndaşların enerji təminatının fasiləsizliyi baxımdan vacib hesab olunur. Özəl şirkətlərin cəlb edilməsi istiqamətində fəaliyyətlər davam etdirilicək. Sahibkarlar praktik olaraq həmin prosesdə iştirak edərək gəlir əldə etmək imkanı qazanacaqlar. Bu da işğaldan azad olunan ərazilərdə həm biznesə dəstəkdir, həm ekoloji baxımdan vacibdir
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı