Analitika

Bərpaolunan enerji mənbələri

Azərbaycan Respublikası Cənubi Qafqazın yeganə ölkəsidir ki, zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna və özünü tam təmin edən enerji sisteminə malikdir. Ölkənin təkcə milli və regional səviyyədə deyil, həm də dünya enerji sistemində getdikcə həlledici bir vəsiləyə çevrilməsi, transmilli enerji bazarlarında özünəməxsus yer tutması və Avropanın enerji təhlükəsizliyində fəal iştirakı onun regional və planetar geosiyasi, geoiqtisadi mövqeyinin möhkəmlənməsinə xüsusi təsir göstərməkdədir.Eyni vaxtda həm enerjiyə artan tələbatın təmin edilməsi, həm də qlobal ekoloji tələblərə əməl edilməsinin vacibliyi dünya ölkələrinin bərpaolunan enerji mənbələrindən istifadəni genişləndirməyə sövq edir.

İyunun 4-də öz işinə başlayan və üç gün davam edəcək Bakı Enerji Həftəsi üç mötəbər tədbiri özündə birləşdirir: 29-cu Beynəlxalq Xəzər Neft və Qaz sərgisi, 12-ci Xəzər beynəlxalq  Energetika və Yaşıl  Enerji  Sərgisi və 29-cu  Bakı Enerji forumu. İyunun 4-də keçirilən 29-cu Beynəlxalq  Xəzər Neft və Qaz Sərgisi  ötənilki tədbirdən keçən müddət ərzində Azərbaycanın enerji sektorunda qazandığı uğurların təqdimatı oldu.Qeyd edək ki,Azərbaycan  region ölkələri, Avropa İttifaqı arasında çox nadir əməkdaşlıq formatını yaradıb. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, neft-qaz sektorunda əldə edilən gəlirlər  iqtisadiyyatı şaxələndirmək üçün geniş imkanlar açıb. Qarşıdakı illərdə daha çox diqqət göstərilən   sahə  Azərbaycanın qeyri-enerji sektorunun inkişafı olacaq.

Azərbaycanın hər bir layihəni uğurlu sonluqla başa çatdırması nəinki ölkədə, beynəlxalq səviyyədə təqdir edilir. Artıq hər birimizi qürurlandıran Zəfərimizin  sayəsində işğaldan azad edilmiş ərazilərimizin malik olduğu potensialdan səmərəli istifadə etməklə qeyri-neft sektorunun inkişafı daha da sürətləndiriləcək, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də əksini tapan müddəaların uğurlu icrası təmin ediləcək.

Leyla Babışova,
YAP Şuşa rayon təşkilatının sədr müavini 

Oxşar Xəbərlər

Back to top button