
Nərimanov rayonunda Bələdiyyə seçkiləri zamanı səsverənlər arasında ilk dəsə səsvermə hüququndan yararlananlar da olub.
Aktualinfo.az xəbər verir ki, bu gün keçirilən Azərbaycan Respublikasında Bələdiyyə seçkiləri ilə əlaqədar Nərimanov rayonunda ilk dəfə səs verən seçici Türkan Qafarlı öz səsvermə hüququndan istifadə edərək seçkidə iştirak edib. Yaşadığı ərazi üzrə Nərimanov rayonu, 19 saylı Nərimanov I Seçki Dairəsinin 23 saylı seçki məntəqəsi üzrə səs verən Türkan Qafarlı bu gün həm də doğum gününü qeyd edir. 18 yaşı tamam olan ən gənc seçiciyə YAP Nərimanov rayon təşkilatı tərəfindən hədiyyə təqdim olunub, gələcək işlərində uğurlar arzu olunub.
Qeyd edək ki, 19 saylı Nərimanov I Seçki Dairəsinin 23 saylı seçki məntəqəsində həmçinin, ən yaşlı seçici Nərimanov rayon sakini 96 yaşlı Yusif Səmədov öz səsvermə hüququndan istifadə edərək seçkidə iştirak etmişdir. Bununla da bu dəfəki Bələdiyyə seçkiləri keçmişlə gələcəyin vəhdətini birləşdirməsi ilə yadda qalıb.