AnalitikaGündəmSiyasət

Bakı Forumu iqtisadi cəlbediciliyin göstəricisidir

Səmimi ikitərəfli siyasi və iqtisadi əlaqələr əsasındadünyanın əksər inkişaf etmiş dövlətləri ərazi bütövlüyü tambərpa olunmuş Azərbaycanda müxtəlif istiqamətlərdəinvestisiya qoymağı planlaşdırır, investisiyalar qoyur. Bu, hər iki tərəf üçün əlverişli iqtisadi inkişaf anlamında etibarlızəmin yaradır. İnvestisiya baxımından müxtəlif vaxtlardabeynəlxalq forumlar keçirilib. II Azərbaycan Beynəlxalqİnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdəçıxışında Azərbaycan Respublikasının Prezidenti cənabİlham Əliyev indiyə kimi görülmüş işləri, iqtisadiyyatınmüxtəlif sektorlarını təmsil edən aparıcı beynəlxalqşirkətlərin Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul etdiyini, əlverişli investisiya mühitinə görə Azərbaycana son 20 ildə350 milyard ABŞ dollarından çox investisiya cəlbolunduğunu xatırladaraq bildirdi ki, “…biz iqtisadi inkişafınümumi tendensiyasına uyğunlaşmalı, uzunmüddətli vədayanıqlı artıma nail olmaq üçün neft-qaz sektorundankənar sahələrdə olan potensialımızdan istifadə etməliyik. Əsas prioritetlərin bir neçəsini qeyd edərdim. Onlardan biribərpaolunan enerjidir. Dövlət başçımız çıxışındaiqtisadiyyatın ikinci hərəkətverici qüvvəsinin logistika, nəqliyyat və bağlantılar olduğunu, Azərbaycanın fizikiinfrastruktur yaratdığını, investorlar üçün daha anlaşılanbiznes mühiti formalaşdırdığını, dənizə birbaşa çıxışıolmayan ölkə olduğumuza görə qonşularla birlikdəişləyərək bunun üzərində kifayət qədər uzun müddətçalışdığımızı da bildirərək qeyd etdi ki, “Əlavə elektrikenerjisi potensialına sahib olaraq biz sözsüz ki, ikiistiqamətə diqqət yetiririk. Birincisi, süni intellekt data mərkəzləri ilə bağlı daxili tələbatı ödəmək üçün buenerjidən maksimum dərəcədə necə istifadə etmək və onunecə ixrac etmək olar? Ötürücü xətlərimiz var, lakin onlaryetərli deyil. Beləliklə, hazırda biz yeni ötürücü xətlərüzərində işləyirik, mövcud olanları genişləndiririk vəyenilərini inşa edirik. Bu, həmçinin gələcək iqtisadiinkişafın mühüm tərkib hissəsi ola bilər”. AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyev çıxışındabu gün olduqca aktual olan bir amili də xatırlatdı: dünyadaən önəmli amil siyasi və iqtisadi sabitlikdir. İştirakçılar buamilin gərəkliyini istər öz dövlətlərinin timsalında, istərsədə münaqişəyə cəlb olunmuş dövlətlərin timsalında yaxşıbildiyindən dövlət başçımızın dediklərini bu Forum üçünqeyri-rəsmi beynəlxalq tezis kimi dinlədilər: ““Bu proses Azərbaycanda artıq 30 ildən çoxdur ki, davam edir. Biz 1990-cı illərdə müstəqilliyimizin erkən dövründən bəriçətinliklər yaşamışıq, Ermənistan ərazimizi işğal edib, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb. 1990-cı illərin əvvəlində bizim 1 milyon qaçqın və məcburiköçkünümüz var idi. O zaman əhalimiz 8 milyon idi. Beləliklə bu, əslində humanitar fəlakət idi. Vətəndaşmüharibəsi gedirdi və iqtisadiyyat tamamilə xaos içindəidi”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlhamƏliyev çıxışında zaman anlamında Azərbaycanındünənlərini də xatırlatdı. Bu xatırlatma da, Azərbaycanadlı bir məmləkətin zəngin yeraltı sərvətləri haqqındadedikləri də, o vaxtlar müasir anlamda ölkə olmasa da Azərbaycanın bu sərvətin, konkret olaraq neftin hasiledildiyi ilk ölkə olduğunun qürurla bildirilməsi də, bizim“…neft-qaz sənayesindəki təcrübəmiz yaxşı nümunədir. 1994-cü ildə Hasilatın pay bölgüsü haqqında Sazişimzalananda Qərbin enerji şirkətlərində çalışanəməkdaşların 90 faizindən çoxu əcnəbilər idi. İndi isəyəqin ki, əcnəbi əməkdaşların payı təxminən 5 faizdir. Bu, ölkənin inkişafına və potensialının formalaşdırılmasınamisilsiz töhfə oldu. Hazırda çoxsaylı Azərbaycanvətəndaşı müxtəlif şirkətlərdə qlobal miqyasda fəaliyyətgöstərir. Biz, həmçinin nümayəndələrimizin mühümvəzifələr tutmasından məmnunuq və bununla fəxr edirik” fikri də ehtiramla dinlənildi.

 

Rəşad İsmayılov,
YAP Hacıqabul rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button