Azərbaycanla Gürcüstünda arasında strateji tərəfdaşlığı və əməkdaşlığ var
Azərbaycan-Gürcüstan Prezidentlərinin mütəmadi səfərləri əlaqələrin yüksələn xətlə inkişaf etdiyini göstərir. Cari səfər Prezident İlham Əliyevin Gürcüstana sayca 11-ci səfəridir. Bundan əvvəl ötən il oktyabrın 24-də dövlətimizin başçısı Gürcüstanda (Mçxetada) işgüzar səfərdə olub. Eyni zamanda, bu il aprelin 7-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkəmizə (Qəbələyə) işgüzar səfər edib. Bu iki səfər Azərbaycan Prezidentinin və Gürcüstan Baş nazirinin görüşlərinin müntəzəmliyini artırıb, səfərlərin paytaxtlara deyil, bölgələrə həyata keçirilməsi kimi yeni bir ənənə yaradıb. Hər bir səfər yeni plan və layihələrin, eləcə də əməkdaşlıq istiqamətinin yaramasına rəvac verir. Bu səfərlər çərçivəsində maraqlı tədbirlər, mərasimlər də keçirilir. Yeri gəlmişkən, oktyabrın 8-də Tbilisidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “The Architect of Prosperity” – “Firavanlığın memarı” adlı fotosərgi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sərgi ilə tanış olublar. Dövlətimizin başçısına və Gürcüstanın Baş nazirinə sərgi ilə bağlı məlumat verilib. Qeyd olunub ki, Azərbaycanı müasir və iqtisadi cəhətdən çiçəklənən ölkəyə çevirən Ümummilli Liderə ehtiramın ifadəsi olan bu sərgi Ulu Öndərin bütün həyatını dövlətçiliyimizə və xalqımıza həsr etməsindən və ölkənin gələcək inkişafının əsasını necə müdrikliklə qoymasından bəhs edir. Sərgidə Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə qayğısını, gənclərlə görüşlərini əks etdirən fotolar yer alıb. Ekspozisiyanın Azərbaycan-Gürcüstan münasibətlərinə həsr edilmiş guşəsində Ulu Öndər Heydər Əliyevin Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze, həmçinin Prezident İlham Əliyevin Baş nazir İrakli Qaribaşvili ilə görüşlərindən də fotoşəkillər nümayiş olunur. Cənab Prezident bəyanatında Gürcüstanda Ulu Öndər Heydər Əliyevin xatirəsinə göstərilən bu ehtiramı yükəsk qiymətlədirib. “Fürsətdən istifadə edərək, hörmətli cənab Baş nazir, Ulu Öndər Heydər Əliyevin xatirəsinə Gürcüstan hökuməti və xalqı tərəfindən göstərilən hörmətə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. İl ilboyu Azərbaycanda və bir çox ölkələrdə, o cümlədən Gürcüstanda Heydər Əliyevin 100 illiyi qeyd edilir”,- deyə dövlətimizin başçıs bildirib. Həmçinin çıxışının davamında Ulu Öndər Heydər Əliyev və Eduard Şevardnadzenin dostluğunun çox böyük tarixçəsi olduğunu vurğulayıb: “Sovet dövründə onlar bir-biri ilə sıx təmasda idilər və o vaxt sovet Gürcüstanının, sovet Azərbaycanının rəhbərləri kimi xalqlarımızı daha da birləşdirmək üçün böyük səylər göstərmişdilər. Bu iki parlaq şəxsiyyət sovet dövründə də öz istedadı, cəsarəti və öz xalqlarına olan bağlılığı ilə fərqlənirdi. Məhz onların fəaliyyəti nəticəsində müstəqil Gürcüstan, müstəqil Azərbaycan inkişaf etməyə başlamışdır”. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də mətbuata bəyanatında Ulu Öndərin iki dövlət arasında dostluğun möhkəmlənməsində rolunu xüsusi vurğulayıb: “…onu da qeyd etmək istəyirəm ki, cənab Prezidentin atası mərhum Prezident Heydər Əliyevin bizim dostluğumuzun inkişafında müstəsna xidmətləri və töhfəsi olub, onun təməlini o qoyubdur. Biz burada Heydər Əliyevin 100 illiyinə həsr edilmiş sərgi ilə də tanış olduq. Mən fürsətdən istifadə edərək cənab Prezident İlham Əliyevi və Azərbaycan xalqını bu münasibətlə də təbrik edirəm”. Onu da əlavə edək ki, oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü olub. İrakli Qaribaşvili Azərbaycan Prezidenti ilə görüş barədə “X” hesabında paylaşım edib. “Azərbaycan Prezidenti ilə görüş Gürcüstan və Azərbaycan arasında əlaqələri gücləndirməyə və iqtisadi artımı təşviq etməyə yönəlib. Biz ticarət, enerji, davamlı inkişaf və infrastrukturun inkişafı sahəsində xalqlarımıza fayda vermək üçün birgə layihələri nəzərdən keçiririk. Gürcüstan regionda davamlı sülh və sabitliyə dəstək verir”, – deyə baş nazir qeyd edib. Prezidentlərin bəyanatlarından göründüyü kimi, çox məhsuldar görüş keçirilib və müzakirələr aparılıb. Bu da Azərbaycanla Gürcüstünda arasında strateji tərəfdaşlığı və əməkdaşlığı, eləcə də dostluğu daha da möhkəmləndirəcək.
Sübhan Ərəbi
YAP-ın fəalı