Analitika

Azərbaycanın “yaşıl hədəf” gündəliyi kifayət qədər geniş məzmun kəsb edir

Məlum olduğu kimi, hazırda enerji transformasiyası bütün dünyada çox aktual olan çağırışlardan biridir. COP28 iqlim konfransında qeyd edildiyi kimi, 2030-cu ildə bərpa olunan enerji istehsalı 2,5 dəfə arta bilər. Buna nail olmaq üçün hökumətlər təmiz enerjiyə qoyulan sərmayələrin həcmini artırmalıdırlar. Bu proqnoz Beynəlxalq Enerji Agentliyinin (BEA) bərpa olunan enerji istehsalı üzrə 2024-cü il hesabatında yer alıb.

Hesabatda qeyd olunub ki, ötən il dünyada 2022-ci illə müqayisədə 510 qiqavat bərpa olunan enerji mənbəyi dövriyyəyə qoşulub ki, bunun da 75 faizi Günəş enerjisi hesabına təmin edilib. Bu sahədə ən avanqard ölkə Çindir, eyni zamanda, Avropa İttifaqı, ABŞ və Braziliyada da rekord göstəricilər əldə olunub. 2028-ci ilədək qlobal miqyasda bərpa olunan enerji istehsalının həcmi 7 min 330 qiqavata, 2030-cu ilədək isə 11 min qiqavata çatacaq. Təmiz enerji istehsalının 95 faizi günəş və külək enerjisinin payına düşəcək və bu mənbələr elektrik enerjisi istehsalında ən böyük material olan kömürü geridə qoyacaq.

Azərbaycan da enerji transformasiyasını uğurla həyata keçirən ölkələr sırasında yer alır. Azərbaycanın COP29 tədbirinə evsahibliyi hüququ qazanması bir tərəfdən ölkəmizin və onun Liderinin bütün dünyada artan nüfuzu ilə bağlıdırsa, digər tərəfdən də respublikamızın enerji transformasiyasına göstərdiyi qətiyyətli siyasi iradə ilə şərtlənir. Məqalədə xüsusi olaraq ona diqqət çəkilib ki, 2030-cu ilədək bərpa olunan enerji mənbələrinin elektrik enerjisi istehsalında payının 30 faizə çatdırılması məqsədilə “yaşıl enerji” mənbələrinin inkişafı Azərbaycanda prioritet istiqamət olaraq müəyyənləşib.

Azərbaycan “yaşıl enerji” gündəliyinə qətiyyətli siyasi iradə ortaya qoyarkən ilk növbədə özünün bərpa olunan enerji sahəsində zəngin potensialına əsaslanır.

Məmmədova Röyalə,
YAP Şuşa rayon təşkilatının fəalı  

Oxşar Xəbərlər

Back to top button