
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb.
Bu barədə Aktualinfo.az-a XİN-dən məlumat verilib.
Bəyanatda Amerika Birləşmiş Ştatlarının İran İslam Respublikasındakı nüvə obyektlərini hədəfə alan hərbi əməliyyatlarından sonra vəziyyətin daha da gərginləşməsindən dərin narahatlıq ifadə olunub.
“Bütün tərəfləri təmkinli olmağa, vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə, mövcud problemlərin həlli üçün dialoq və diplomatiyaya üstünlük verməyə çağırırıq”,- deyə bəyanatda qeyd olunur.