Analitika

Azərbaycanın uğurlu idman siyasəti dünyanın idman ictimaiyyəti tərəfindən maraqla izlənilir

Bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi olaraq ölkəmiz bir çox sahələrdə regionun lider dövlətinə çevrilmişdir. Dövlətimizin ­iqtisadi qüdrətinin ildən-ilə artması idmanın tərəqqisinə də müsbət təsir göstərmişdir. Hazırda nəinki paytaxtımızda, eləcə də regionlarda bir çox Olimpiya kompleksləri, müasir idman qurğuları istifadəyə verilmiş, maddi-texniki baza möhkəmləndirilmişdir. Bütün bu işlər, əlbəttə ki, idmançılarımızın yerli və beynəlxalq turnirlərdə uğur qazanmalarında müstəsna rol oynamışdır.

Azərbaycanın beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmasını və mötəbər arenalarda bayrağımızın dalğalanmasını biz şərəf və qürürla seyr ediriksə, bütün bu naliyyətlərin təməlində məhz dövlətin uğurlu idman siyasətinin dayandığını yaxşı bilirik. İdmana olan diqqət və qayğı hər bir ölkənin dövlət siyasətinin əsasını təşkil etməlidir, çünkü idman oyunları, Olimpiadalar dövlətlərarası uğurlu əlaqələrin, dostluğun, sülhün əsasını təşkill edən ünsürlərdəndir. 

Azərbaycanın idman ölkəsi kimi dünyada tanınması və bu sahədə qazandığı uğurlar, əldə etdiyi naliyyətlər beynəlxalq idman ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. Bu, həm də Azərbaycanda idman sahəsindəki inkişaf proseslərinə beynəlxalq miqyasda göstərilən marağın nümunəsidir.

Artıq Azərbaycanda keçirilən dünya çempionatları, Avropa oyunları silsilə xarakteri daşıyır.  Azərbaycanın idman sahəsində qazandığı böyük uğurlar beynəlxalq idman təşkilatlarının diqqətini cəlb edib. Buna görə də onlar nüfuzlu beynəlxalq turnirlərin keçirilməsi hüququnu tərəddüd etmədən Azərbaycana həvalə edirlər. Son illərdə ölkəmizdə nüfuzlu beynəlxalq turnirlər, dünya və Avropa çempionatları təşkil edilib. İlk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 kimi mötəbər yarışların Azərbaycanda böyük uğurla təşkili bunun əyani sübutudur.  Dünya idman arenalarında öz layiqli yerini tutan Azərbaycanın bir çox beynəlxalq yarışlara ev sahibliyi etməsi ölkəmizin tək idman sahəsində deyil digər sahələrdə də inkişafına səbəb olmuşdur.

Azərbaycan artıq müxtəlif idman yarışlarının keçirildiyi nüfuzlu məkana çevrilməklə yanaşı, bu sahədə geniş potensiala malik olduğunu da nümayiş etdirməkdədir. Bu gün ölkəmizin əksər şəhər və rayonlarında milli olimpiya kompleksləri və mərkəzləri fəaliyyət göstərir, müxtəlif sahələr üzrə idman meydançaları və təsisatları yaradılır. Bütün bunlar isə ölkədə nüfuzlu idman yarışlarının təşkilinə imkan verir.

İdmanın ən çox sıx əlaqədə olduğu sahə turizm sektorudur. Dünyanın bir çox şəhərinin və ya ölkəsinin turist cəlb etmək üçün mühüm idman tədbirlərinə evsahibliyi etmək istəyinin təməlində də məhz bu əlaqə dayanır. İdman turizmi respublikada inkişaf potensialı olan turizm növlərindən biridir. Turizimin və mədəniyyətin inkişafı ilə yanaşı, eləcədə iqtisadi əlaqələrin də genişlənməsinə təkən verən bu oyunların təməlində məhz Azərbaycan dövlətinin hərtərəfli inkişafı durur.

Respublikamızın əksər regionlarında müasir standartlara cavab verən, hər cür şəraiti olan Olimpiya idman kompleksləri, stadionlar, zallar tikilərək insanların istifadəsinə verilib. Bütövükdə, Azərbaycanda idmana olan münasibət başqa ölkələrə nümunə kimi göstərilir. Bu qayğı idmanın inkişafına böyük təkan verməklə yanaşı, minlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə olunmasına şərait yaradır.

Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button