Azərbaycanın son iki ildə qazandığı ən böyük uğurlardan biri hərb meydanında əldə etdiyimiz qələbənin siyasi müstəvidə təsdiqlənməsidir
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında Vətən savaşı qələbəmizlə başa çatan vaxtdan indiyədək görülən tikinti, bərpa-quruculuq layihələrinə nəzər salanda Azərbaycanın iqtisadi qüdrəti haqqında aydın təsəvvür yaranır. Çünki ölkəmiz kənardan heç bir maliyyə yardımı almadan bu gün də bərpa prosesində möhtəşəm nəticələr əldə edir. Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bununla bağlı danışarkən tezliklə bütün keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qayıtmaq istədiklərini və bu prosesin tezləşdirilməsi üçün ciddi səy göstərildiyini bildirib. Dövlətimizin başçısının dediyi kimi Laçında hazırda yüzlərlə ev yenidən qurulur, təmir edilir, o cümlədən ictimai binalar. İlin sonuna qədər dediyim kimi, laçınlıların birinci qrupunu biz artıq yerləşdirəcəyik. Zabux və Sus kəndlərində də məncə, 200-dən çox ailə məskunlaşacaq. Bununla paralel olaraq, biz bir çox kəndlərdə artıq inşaat işlərinə başlamışıq. Təqribən birinci mərhələdə 100-ə qədər yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur.Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında iki il ərzində genişmiqyaslı infrastruktur obyektlərinin qurulduğunu, elektrik enerjisi ilə bağlı bütün məsələlərin həllini tapdığını, bu yaşayış sahələrinin vahid bir enerji şəbəkəsinə qoşulduğunu xatırladaraq azad olunmuş torpaqlarda 11 su elektrik stansiyasının inşa edildiyini, onların generasiya gücünün təqribən 55 meqavata çatdırıldığını bildirib. Yeri gəlmişkən, hazırda 7 stansiya inşa olunur və bütövlükdə bölgədə 50-yə yaxın su elektrik stansiyasının yaradılması nəzərdə tutulur.
Prezident İlham Əliyevin də söylədiyi kimi, əsas vəzifəmiz şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi və bugün tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib. Eyni zamanda bu gün Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Rəsmi Bakı müstəqil siyasət aparan ölkə kimi öz nüfuzunu daha da möhkəmləndirir. Ölkə rəhbərinin müsahibəsinə əsasən, hazırda iki min kilometrdən çox avtomobil yolu salınır, körpülər tikilir. Düşməndən təmizlənən ərazilərdə geniş bərpa-quruculuq işləri aparılıb, ilk dəfə Zəngilan rayonunun Ağalı kəndinə sakinlərin köçürülməsi ilə Böyük Qayıdış başlanıb. Zəngilan Beynəlxalq Hava Limanının açılışı gerçəkləşib, Laçın şəhəri nəzarətimizə verilib, Laçın dəhlizinin marşrutu dəyişdirilib.Həqiqətən bu, böyük xoşbəxtlikdir. Həm müharibədə qalib olmaq, xalqımızın ümidlərini doğrultmaq, eyni zamanda, qurub-yaratmaq – bundan böyük xoşbəxtlik ola bilməz. Bu, bir daha xalqımızın böyüklüyünü göstərir ki, xalqımız doğurdan da uzun illər ərzində əyilmədi və öz kimliyini unutmadı. Ölkə başçısının da dediyi kimi Zəngilanın Ağalı kəndində uşaqların baxışlarını, gülüşlərini görəndə vallah, adam sanki uçur. Axı onlar bu yerləri ancaq kitablarda görüblər, məktəblərdə eşidiblər, valideynlərindən, babalarından, nənələrindən eşidiblər, amma indi gəliblər oraya. Azərbaycanın iqtisadi müstəqilliyi siyasi mövqeyinin möhkəmlənməsində əsas amildir. Ötən il ölkəmizin neft-qaz sektorunda, həmçinin qeyri-neft sektoru sahəsində uğurları davamlılığı ilə diqqət çəkdi. Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirdi. Ölkəmiz neft, qazla yanaşı, elektrik enerjisi ixracatçısı kimi də dünyanın diqqətindədir. Prezident İlham Əliyevin Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan etməsi özündə bütün məqamları ehtiva edir. Azərbaycan zəngin bərpaolunan enerji potensialına malikdir. Bu statistik rəqəmi bir daha qeyd etmək istərdik ki, azad olunmuş ərazilərimizin 7200 meqavat günəş enerjisi və 2000 meqavat külək enerjisi potensialı var.Ölkəmizin iqtisadi imkanlarının artması beynəlxalq münasibətlər sistemində yerinin və rolunun yüksəlməsi ilə müşayiət olunur. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, tarixi Zəfərimizin reallıqları fonunda Azərbaycan yeni əməkdaşlıq formatlarının müəllifi kimi də dünya birliyində nüfuzunu artırır. Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Əlbəttə ki, bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır. Dünyanın siyasi elitası yaxşı başa düşür ki, Azərbaycan bu Qələbəni nəyin bahasına əldə etdi, hansı risklərə getdi, hansı qüvvələrlə mübarizə apardı və bu gün də aparır. Azərbaycanın haqlı mövqeyi, hərbi, siyasi gücü, iqtisadi müstəqilliyi bu mübarizədə də qalib gələcəyinə böyük əminlik yaradır. bütün hallarda Azərbaycan ədalətin, beynəlxalq hüququn yanındadır.Ölkəmiz ədaləti bərpa etmək üçün uğurlu siyasət həyata keçirir. Qərbi Azərbaycana qayıdacağımızla bağlı çağırışlar da özündə tarixi ədaləti ehtiva edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Avrasiya məkanında monodövlətlər yoxdur və Ermənistan üçün də yaxşı olar ki, necə deyərlər, bu monodövlət damğasını öz üzərindən götürsün. Bunun ən yaxşı və ən ədalətli yolu Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmalarıdır. Bu çağırış Ermənistana və ona havadarlıq edən dövlətlərə tarix, hüquq, ədalət dərsidir.
Aynur Həsənova,
YAP-ın gənc fəalı