Analitika

Azərbaycanın Şərqi Avropa ölkələri ilə daha sıx mədəni əlaqələri qurduğu olan dövlətlərdən biri məhz Bolqarıstandır

Azərbaycan və Bolqarıstan uzun müddətdir ki, özəyini enerji tərəfdaşlığı təşkil edən yaxın əlaqələrə malikdir. Bu tərəfdaşlıq təkcə ikitərəfli əlaqələr üçün deyil, həm də Avropanın enerji təhlükəsizliyi arxitekturası üçün böyük əhəmiyyət kəsb edir. Hər iki ölkə bu istiqamətdə çox çalışmaqla yanaşı, qeyri-enerji sektorlarına, nəqliyyyat layihələrinə və mədəni əlaqələrə də önəm verir. 2015-ci ilin mart ayında Prezident İlham Əliyevin Bolqarıstana baş tutan rəsmi səfəri və imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Azərbaycan-Bolqarıstan əlaqələrində əsas istiqamətlərdən biri məhz energetika sahəsini əhatə edir. bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Hazırda isə Azərbaycan qazı Bolqarıstanın ümumi tələbatının 27%-ni ödəyir. Azərbaycan prezidenti İlham Əliyev və Bolqarıstan prezidenti Rumen Radev “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi haqqında birgə bəyannamə” imzaladılar. Strateji layihələr Azərbaycanın beynəlxalq imkanlarının genişlənməsində mühüm rol oynayır. Ölkəmizlə əlaqələr quran dövlətlər hər zaman bu münasibətlərdən məmnunluqla danışıblar. Odur ki, Azərbaycanla əməkdaşlığa üstünlük verən, özünün strateji tərəfdaşı hesab edən dövlətlərin sayı artmaqdadır. Son dövrlər Balkan ölkələri, xüsusilə də Bolqarıstanla Azərbaycanın münasibətlərində yüksək dinamizm müşahidə olunur.  İlham Əliyev bildirib ki:” Enerji sahəsində əməkdaşlıq sayəsində Azərbaycanla Bolqarıstan arasında ticarət dövriyyəsi son illər bir neçə dəfə artıb. Azərbaycan təbii qazı Bolqarıstan vasitəsilə digər qonşu ölkələrə də ixrac olunur və gələcəkdə bu ölkələrin sayı artacaq.Bununla belə, enerji tərəfdaşlığı Azərbaycan-Bolqarıstan münasibətlərinin təməli hesab edilir.” Bolqarıstanın Qarabağ münaqişəsi ilə bağlı ardıcıl olaraq ədalətli mövqe tutması, Azərbaycanın ərazi bütövlüyünü və sülhün bərqərar olması səylərini birmənalı şəkildə dəstəkləməsi Azərbaycanda da yüksək qiymətləndirilir.  Azərbaycan-Bolqarıstan əlaqələri bundan sonra daha da genişlənəcək və dərinləşəcəkdir. hər iki ölkə arasında diplomatik münasibətlərin möhkəmlənməsi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələri daha da inkişaf etdirməyə və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı gücləndirməyə töhfə verəcəkdir.

Mətanət Cəfərova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button