GündəmAnalitikaSiyasət

Azərbaycanın regionda geosiyasi əhəmiyyəti.

Azərbaycanın Cənubi Qafqazda əsas söz sahibi olması həm yüksək iqtisadi göstəricilərin, həm də siyasi potensialın əsas təzahürüdür.. İqtisadi cəhətdən Cənubi Qafqazın əsas lider ölkəsi olması Vətən müharibəsində, döyüş meydanında ölkəmizin qələbəsi təmin olundu. Artıq dövətimiz bölgədə əsas söz sahibinə çevrilmişdir.. Dövlətimizin siyasi xətti həm beynəlxalq görüşlərdə, həm də regional tədbirlərdə əsaslı təsir imkanına malikdir. Dünyada baş verən bir çox proseslərə dövlətimizin müəyyən təsir mexanizmilərə sahib olması Azərbaycanın gündən günə artan iqtisadi və siyası qüdrətin əsas göstəricisidir.

Azərbaycanın əsas prioritet istiqamətlərindən biri də qonşu və bölgə ölkələri, həmçinin türk dünyasını ölkələri ilə  əlaqələrdir. Vətən Müharibəsi dövründə və müharibədən sonrakı dövrdə Azərbaycanın haqq işinə dəstək olan ölkələrlə əlaqlər ən yüksək səviyyədə inkişaf edir. Müharibədən   sonra aparılan quruculuq işlərində türk dünyası dövlətlərin yaxından iştirak etmək istəməsi  ölkələr arası qardaşlıq əlaqələrini daha da gücləndirmişdir. Son zamanlar bu ölkələr arasında dövlət başçıları səviyyəsində tez-tez  zirvə görüşlərin keçirilməsi ,bbölgənin geosiyasi əhəmiyyətini daha da artırmış, ölkələr arasında çoxşaxəli əlaqələr qurulmuşdur.

22 avqust 2025 – ci il  Türkmənistanda keçirilən Azərbaycan, Özbəkistan və Türkmənistan dövlət başçıların iştirak etdiyi  Zirvə görüşü türk dövlətləri və region ölkəri üçün böyük əhəmiyyət kəsb edir. Cari ilin iyul ayında  Türkmənistan dövlət başçısı  Qurbanqulu  Məlikquliyeviçin Azərbaycana rəsmi səfəri, Qarabağda olması, müharibədən sonra azad olunan ərazilərdə əsaslı quruculuq  işlərində qardaş ölkərin diqqətini yaxından hiss edirik. Türkmənistan dövlətin başçısı türkmən xalqının  hədiyyəsi olaraq, məscid tikintisini təklif etdi və tezliklə bu işin icrasına qərar verdi.

Bir müddət əvvəl Xankəndidə Özbəkistan prezidenti Şavkat Miromonoviçin tapşırığı ilə tikiş fabrikin yaradılması və açılışında Azərbaycan və Özbəkistan dövlət başçıların iştirakı iki ölkə arasında qardaşlıq əlqalərin bariz nümunəsidir.. Eyni zamanda  işğaldan azad olunan ərazilərdə, Füzuli şəhərində özbək xalqının dahi mütəfəkkiri Mirzə Uluqbəyin adına 960 yerlik məktəbin tikintisi qardaş Özbəkistan dövlətinin Azərbaycan təhsilinə ən dəyərli hədiyyəsidir. Əlbəttə, bütün bunlar  qardaş ölkələr arasında möhkəm bağlılıq yaradır. Və bağlılıq region ölkələrin iqtisadi, siyası əhəmiyyətini artırır.

Azərbaycan, Türkmənistan və Özbəkistan dövlət başçıların iştirakı ilə 22 avqust 2025 cil tarixində keçirilən Zirvə görüşündə nəqliyyat, tranzit, logistika, elektroenergetika, neft, qaz sahələri və mədəni əlaqələr  yüksək səviyyədə müzakirə olunmuş,ölkələr arasında  əsas prioritet məsələlərin böyük töhfə olacaqdır. Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması, Ermənistanın Azərbaycanın bütün şərtlərinə razılıq verməsi, bölgədə sülhün əldə olunması, ölkəmiz üçün yeni bir mərhələnin başlanğıcıdır.. Bu da regionda sabitliyin bərqərarı və buna uyğun olaraq , dünyada bor qabaqcıl dövlətlərin,ətraf ölkələrin investisiya layihələrinin həyata keçirilməsi zəmin yaradır. 22 avqust 2025 ci ildə keçirilən Zirvə görüşü də bu proseslərin  məntiqi davamı kimi qiymətləndirilə bilər. Çünki artıq bölgədə sülh əldə olunur. Bölgənin tranzit və iqtisadi əhəmiyyəti  əsas diqqət mərkəzindədir. Beləliklə,Müzəffər Ali Baş Komandanın apardığı uğurlu siyasətin nəticəsi olaraq, bölgə üçün yeni düzən yaranmışdır.

Xəzər rayonu, 334 №li tam orta məktəbin tarix müəllimi
Şirvanov Sahil

Oxşar Xəbərlər

Back to top button