Azərbaycanın reallığa çevirdiyi layihələr ölkəmizin tranzit imkanlarının möhkəmlənməsində öz sözünü deyir
Hər bir görüş sülh müqaviləsinin imzalanması prosesinin başa çatmasında əhəmiyyətli rola malikdir. Azərbaycan iqtisadi möcüzələr, dayanıqlı inkişafa malik, ən əsası islahatçı ölkə kimi tanınır və nüfuz qazanır. Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadə etməsi nəticəsində reallığa çevirdiyi layihələr dünyanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rolunu daha da artırır, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Azərbaycanın iqtisadi müstəqilliyinin təminatı siyasi mövqeyinin möhkəmlənməsində stimulverici amildir. Azərbaycan Prezidenti bu toplantıya ilk dəfə olaraq qonaq qismində qatılmışdı. Dövlətimizin başçısı çıxışında diqqəti bir daha Azərbaycanın əldə etdiyi sosial-iqtisadi göstəricilərə yönəldərək əlaqələrin gələcək inkişafı üçün geniş imkanların mövcud olduğunu xüsusi qeyd etdi. Baxmayaraq ki, Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü deyil, qurumla, eyni zamanda, Ermənistan istisna olmaqla üzv dövlətlərlə əlaqələri yüksələn xətlə inkişaf edir. İclasda cənab İlham Əliyevin qonaq qismində iştirakı və çıxışı da bunun bariz nümunəsidir. Statistik rəqəmlərə nəzər saldıqda görürük ki, ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Əmtəə dövriyyəsinin gələcək artımında böyük potensialın olduğu aydın şəkildə görünür. Azərbaycanın reallığa çevirdiyi layihələr ölkəmizin tranzit imkanlarının genişlənməsində, tranzit mərkəz kimi mövqeyinin möhkəmlənməsində öz sözünü deyir. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşdiyini önə çəkən millət vəkili qeyd edib ki, ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir: Dövlət başçısı İlham Əliyev çıxışında, Azərbaycanın nəqliyyat imkanlarının genişlənməsini təsdiqləyən bir sıra rəqəmlərə diqqəti yönəltdi. Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir. Onlardan ikisi işğaldan azad olunmuş torpaqlarda – Füzuli və Zəngilanda son iki ildə tikilib. Doqquzuncu beynəlxalq aeroport azad olunmuş Laçında tikilir və 2025-ci ildə istismara veriləcək. Qısa təhlil Azərbaycanın gələcəkdə dayanıqlı inkişafının təmin edilməsi üçün böyük imkanların mövcudluğunu, iqtisadi müstəqilliyimizin tam təmin olunduğunu təsdiqləyir. Bu isə öz növbəsində ölkəmizə müstəqil xarici siyasət kursunu aparmaq imkanı yaradır. Tarixi Zəfərimizdən sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu göz qabağındadır. Zəfərimizin yaratdığı reallıqlar əksər dünya gücləri tərəfindən qəbul edilir. Onlar Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdarılması üçün dəstək göstərməyə hazır olduqlarını bildirirlər. Sözügedən toplantıda da Ermənistanla Azərbaycan arasında münasibətlərin bugünkü səviyyəsinə, aparılan danışıqların nəticələrinə bir daha diqqət yönəldildi.
Göründüyü kimi, keçirilən beynəlxalq səviyyəli hər bir tədbir Azərbaycanın ədalətli mövqeyinin təqdimatında əhəmiyyətli rol oynayır. Daim əsassız fikirləri, ittihamları ilə özünü gülüş hədəfinə çevirən Ermənistanın baş naziri Nikol Paşinyan sərsəm düşüncələri ilə sülh müqaviləsinin imzalanması prosesinin uzanmasında maraqlı olduğunu açıq-aşkar büruzə verir. Təbii ki, bu hal uzun müddət davam edə bilməz. Keçirilən hər bir görüş sülh müqaviləsinin imzalanması prosesinin başa çatmasında əhəmiyyətli rola malikdir. Ermənistanın sülhü yaxınlaşdıran etirafları davamlılığı ilə diqqətdədir. Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması barədə Ermənistan rəhbərliyinin bəyanatları, eləcə də sahəsini konkret rəqəmlər göstərilməklə Azərbaycanın ərazi bütövlüyünün tanınmasından sonra sülh sazişinin digər maddələrinin razılaşdırılması məsələsi daha asan olacaq.
Sevil Əliyeva,
Nizami Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru