Analitika

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi yüksək qiymətləndirildi

Azərbaycanın Qoşulmama Hərəkatının COVID-19a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə mart ayının 2-də ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artırır. Bu zirvə görüşündə Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyev, 70-ə yaxın ölkənin və beynəlxalq təşkilatların nümayəndələri, dövlət və hökumət başçıları iştirak etdilər. Qeyd edək ki, Qoşulmama Hərəkatının hazırda 120 üzvü, 18 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var.

Qoşulmama Hərəkatının Azərbaycan üçün önəmini artıran amillərdən biri də bu təşkilatın prinsiplərinin ölkəmizin xarici siyasət prioritetləri ilə tam üst-üstə düşməsidir. Azərbaycanın Qoşulmama Hərəkatında üzvlüyünün ilk günlərindən bu təşkilat ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə dəstəkləyib, qəbul olunmuş bütün sənədlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini məhz həmin prinsiplər əsasında nizamlamağa çağırıb.

Zirvə görüşünə sədrlik edən İlham Əliyev çıxışında, məqsədimiz ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir, Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqirımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırış etdi. Qoşulmama Hərəkatı ölkələri Azərbaycana tam etimad göstərir və bütün dünya buna şahiddir deyə öz Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə etimad göstərir və bütün dünya buna şahiddir deye qeyd etdi.

Eyni zamanda bu mötəbər tədbirdə cənab İlham Əliyev bir sıra yeni təkliflərlə çıxış etdi. Dövlətimizin başçısı ölkəmizin Ermənistanın mina terrorundan əziyyət çəkdiyini də xatırladıb. Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxunun mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, Prezident İlham Əliyev səsimizi qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılmasını təklif edib.

Qoşulmama Hərəkatının COVID-19a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak edən qonaqlar vurğuladılar ki, Azərbaycanın sədrliyi müddətində Hərəkat bir çox yeniliklərə addım atıb. Natiqlər Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini yüksək qiymətləndirdiklərini də nəzərə çatdırdılar. Qoşulmama Hərəkatı ölkələrinin Azərbaycana tam etimadının nəticəsidir ki, üzv dövlətlərin yekdil rəyinə əsasən, ölkəmizin təşkilata sədrliyi daha bir il, 2023-cü ilin sonuna kimi uzadılsın.

Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi.

Oxşar Xəbərlər

Back to top button